xeber.im | Turistlər bir viza ilə ölkəmizə istədikləri qədər səfər edə biləcək
Turistlər bir viza ilə ölkəmizə istədikləri qədər səfər edə biləcək

Turistlər bir viza ilə ölkəmizə istədikləri qədər səfər edə biləcək

15 May, 2019
10 2 1362

Yaxın vaxtlarda Azərbaycana gələn turistlərə çoxgirişli vizalar veriləcək.

Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov bildirib.

Direktor bildirib ki, “ASAN Viza” daha da təkmilləşdiriləcək:

“Hazırda “ASAN Viza” sistemi ilə Azərbaycana gələn turistlərə və ölkəyə bir dəfə girmək imkanı üçün 30 günlük viza verilir. Yəni vətəndaş ölkəyə daxil olan zaman aldığı müddət ərzindəki viza ilə ikinci dəfə ölkəyə girə bilməz. Bəzən turist 30 günlük viza ilə ölkəyə gəlir, amma bir həftə qaldıqdan sonra geri qayıdır və aldığı 30 gün müddətində yenidən ölkəyə səfər edəcəyini düşünür. Amma bu belə deyil.

Turist ölkəyə yenidən gələn zaman “ASAN Viza” sistemi vasitəsilə yeni viza almalıdır. Yeni yaradılacaq çoxgirişli viza ilə turist viza üçün müraciət edən zaman 180 gün müddət veriləcək. Həmin müddətdə turist ölkəyə istənilən sayda səfər edə biləcək. Hazırda çoxgirişli vizalar üçün texniki işlər aparılır”.

Fariz Cəfərov qeyd edib ki, “ASAN Viza” rüsumu ilə bağlı Nazirlər Kabinetinə təklif verilib.


Qeyd: oxu.az -dan da istifadə olunub.



dünyada ve Azerbaycanda bas vermis en sonxeberler en son xeberler 2019 xeberler 2019

den xeberdar olmaq isdeyirsinizse xeber.im saytina daxil olub, en yeni xeberler haqqinda melumat toplaya bilersiniz. Xeber.im size her gün yeni xeberler , en son xeberler,

Azerbaycan xeberleri, dünya xeberleri

teqdim edir. gundelik olaraq her an bas vermis hadiselerden isti isti xeber tutacaqsiniz. En yeni xeberleri ilk olaraq xeber.im-den oxuya bilersiniz.

Tek Azerbaycan xeberleri ile deyil dünya xeberleri

ilede qarsinizdayiq elbetdeki. Bir xeber sayti olaraqdan meqsedimiz ve vezifemiz sizi en son xeberlerle melumatlandurmaq ve mariflendirmekdir. sou biznes xeberleri, siyaset xeberleri, maraqli-xeberler, dunya-xeberleri, idman-xeberleri, cemiyyet-xeberleri, kriminal-xeberleri, iqtisadiyyat xeberleri, avto moto xeberleri, ikt-xeberleri informasiya texnologiya xeberleri az, medeniyyet xeberleri, turizm-xeberleri, muharibe-xeberleri