xeber.im | Üç ali təhsili olsa da səfil həyatı yaşayan həmyerlimiz vətənə qaytarıldı -
Üç ali təhsili olsa da səfil həyatı yaşayan həmyerlimiz vətənə qaytarıldı -

Üç ali təhsili olsa da səfil həyatı yaşayan həmyerlimiz vətənə qaytarıldı -

15 May, 2019
9 3 954

Ukraynanın Mariupol şəhərinin Levoberejnaya rayonunda xiyabanlardan birində köməksiz vəziyyətdə qalan azərbaycanlı Yusif Nağıyev Vətənə göndərilib. 

Bununla bağlı Mariupol azərbaycanlıları cəmiyyətinin nümayəndəsi Ayxan Hacıbəyli sosial şəbəkədə məlumat verib. 

O, bu işdə Y.Nağıyevə yardımçı olan şəxslərə təşəkkür edib. 

Qeyd edək ki, Y.Nağıyevlə bağlı ilk məlumat 2018-ci il sentyabrın 19-da “0629” nəşrində yayımlanıb. O, göz yaşları içində insanlardan yardım istəyib. Bildirib ki, uzun müddət qaldığı evin sahibi vəfat edib. Həmin vaxt o, xəstəxanada idi. Evə qayıdanda isə qapı bağlı olub.

Yusif deyib ki, həmin evdə onun əşyaları və pulları qalıb. Ev sahibinin qızından isə həmin əşyaları götürə bilməyib. Beləcə, səfil həyatına başlayıb və 2018-ci ilin qışında don vurmuş ayağı amputasiya edilib. 

56 yaşlı şəxs üç ali təhsili olduğunu deyib və əlavə edib ki, onun vətənində övladları, ikimərtəbəli evi və torpaq sahəsi var.

Bundan sonra, Azərbaycanın Kiyevdəki səfirliyi məsələyə qarışıb və onun vətənə qaytarılması üçün işlərə başlayıb. 

Xatırladaq ki, o, Göyçay rayonunda doğulub və 1992-ci ildə işləmək üçün Mariupol şəhərinə gedib. 

Samir İsayev



Qeyd: oxu.az -dan da istifadə olunub.



dünyada ve Azerbaycanda bas vermis en sonxeberler en son xeberler 2019 xeberler 2019

den xeberdar olmaq isdeyirsinizse xeber.im saytina daxil olub, en yeni xeberler haqqinda melumat toplaya bilersiniz. Xeber.im size her gün yeni xeberler , en son xeberler,

Azerbaycan xeberleri, dünya xeberleri

teqdim edir. gundelik olaraq her an bas vermis hadiselerden isti isti xeber tutacaqsiniz. En yeni xeberleri ilk olaraq xeber.im-den oxuya bilersiniz.

Tek Azerbaycan xeberleri ile deyil dünya xeberleri

ilede qarsinizdayiq elbetdeki. Bir xeber sayti olaraqdan meqsedimiz ve vezifemiz sizi en son xeberlerle melumatlandurmaq ve mariflendirmekdir. sou biznes xeberleri, siyaset xeberleri, maraqli-xeberler, dunya-xeberleri, idman-xeberleri, cemiyyet-xeberleri, kriminal-xeberleri, iqtisadiyyat xeberleri, avto moto xeberleri, ikt-xeberleri informasiya texnologiya xeberleri az, medeniyyet xeberleri, turizm-xeberleri, muharibe-xeberleri