xeber.im | Azərbaycan səfiri Mxitaryana: Sən əslində nə istəyirsən
Azərbaycan səfiri Mxitaryana: Sən əslində nə istəyirsən

Azərbaycan səfiri Mxitaryana: Sən əslində nə istəyirsən

21 May, 2019
3 5 1679

Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə “Sky Sport News” nəşrinə verdiyi müsahibədə “Arsenal” klubunun erməni əsilli futbolçusu Hernix Mxitaryanın Avropa Liqasının Bakı finalında iştirakı üçün təhlükəsizliyinə zəmanət verib.

Nəşrin tirajladığı materialda Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar iki Qafqaz ölkəsi arasında diplomatik münasibətlərin mövcud olmamasına toxunulur və bunun fonunda erməni futbolçunun Bakıya gəlib-gəlməyəcəyinin sual altında olduğu qeyd olunur.

“Arsenal” klubunun rəhbərliyi artıq UEFA ilə əlaqə saxlayıb. Avropanın ali futbol qurumu 30 yaşlı erməni futbolçunun ölkəyə səfər etməsi üçün viza almasında hər cür yardım göstərməyə hazır olduğunu bildirib.

Nəşr bundan əvvəl “Arsenal”ın Avropa Liqasının qrup mərhələsində, oktyabr ayında Bakıya etdiyi səfər zamanı heyətdə Mxitaryanın olmadığını xatırladır.

“Sky Sports News” müxbiri Mxitaryanın azərbaycanlı səfir Tahir Tağızadə ilə birbaşa əlaqə yaradacağı təqdirdə, ona şəxsən təhlükəsizliyi ilə bağlı zəmanət verməyə hazır olub-olmadığını öyrənməyə çalışıb. Tağızada buna qısa və konkret cavab verib:

Səfir həmçinin erməni futbolçuya sual ünvanlayıb: Mxitaryan, əslində, nə istəyir?

“Bu, mötəbər bir idman yarışıdır. Əgər bunun ətrafında siyasi oyunların oynanılması qarşıya məqsəd qoyulubsa, başqa məsələ. Amma sən siyasətçi deyilsən, pulu da sənə top qovmağına görə verirlər, ona görə gəl, bütün qalan məsələləri kənara ataq”, - deyə azərbaycanlı səfir bildirib.

Bu arada, nəşrin yazdığına görə, AFFA da ermənistanlı kapitanın Bakıda olacağı müddətdə təhlükəsizliyinə tam zəmanət verib.

“Problem ondadır ki, o, Azərbaycan hökumətindən icazə almadan, erməni hərbi birləşmələri tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarına səfər etmişdi. Belə addımın müvafiq hüquqi nəticələri olur, hökumət belə bir şəxsi “qara siyahı”ya da sala bilər. Bununla belə, ona təhlükəsizliklə bağlı zəmanətlər verilir.

Mənim Mxitaryana ismarıcım budur: sən futbolçusan axı. İstədiyin məgər futbol oynamaq deyil? Bakıya get, orada təhlükəsizliyin təmin olunacaq. Ancaq bunu bir “oyun”a çevirmək istəyirsənsə, bu, artıq başqa məsələdir. Əmin edirəm ki, Azərbaycan hökuməti oyunla əlaqədar Bakıya gələn istənilən azarkeş, futbolçu və texniki heyət üzvünün təhlükəsizliyini təmin etmək üçün əlindən gələni edəcək.”


Qeyd: oxu.az -dan da istifadə olunub.



dünyada ve Azerbaycanda bas vermis en sonxeberler en son xeberler 2019 xeberler 2019

den xeberdar olmaq isdeyirsinizse xeber.im saytina daxil olub, en yeni xeberler haqqinda melumat toplaya bilersiniz. Xeber.im size her gün yeni xeberler , en son xeberler,

Azerbaycan xeberleri, dünya xeberleri

teqdim edir. gundelik olaraq her an bas vermis hadiselerden isti isti xeber tutacaqsiniz. En yeni xeberleri ilk olaraq xeber.im-den oxuya bilersiniz.

Tek Azerbaycan xeberleri ile deyil dünya xeberleri

ilede qarsinizdayiq elbetdeki. Bir xeber sayti olaraqdan meqsedimiz ve vezifemiz sizi en son xeberlerle melumatlandurmaq ve mariflendirmekdir. sou biznes xeberleri, siyaset xeberleri, maraqli-xeberler, dunya-xeberleri, idman-xeberleri, cemiyyet-xeberleri, kriminal-xeberleri, iqtisadiyyat xeberleri, avto moto xeberleri, ikt-xeberleri informasiya texnologiya xeberleri az, medeniyyet xeberleri, turizm-xeberleri, muharibe-xeberleri