xeber.im | Azərbaycanda qız uşaqları azalır - Komitə həyəcan təbili çalır
Azərbaycanda qız uşaqları azalır - Komitə həyəcan təbili çalır

Azərbaycanda qız uşaqları azalır - Komitə həyəcan təbili çalır

21 May, 2019
7 5 700

2017-ci ildə Azərbaycanda hər 100 qız uşağına 114 oğlan düşürdü. Təəssüf ki, 2018-ci ildə hər 100 qıza 118 oğlan düşməsi müşahidə edilib.

Oxu.Az-ın məlumatına görə, BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycan nümayəndəliyinin dəstəyilə jurnalistlər, bloqerlər və vloqerlər üçün “Gender əsaslı cins seçimi mövzusunun işıqlandırılması üzrə media işçilərinin bacarıqlarının artırılması” mövzusunda təlimdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova iki günlük praktik seminarda çıxışı zamanı bildirib.

Aynur Veysəlova bildirib ki, ölkədə qız uşağının azalması ilə bağlı həyəcan təbili çalınır:

“Ailədə qızların sayının azalmasının ailə instituna yaradacaq təsirini müşahidə edirik. Söhbət ondan getmir ki, ailədə oğlan uşağı doğulmasın. Məqsədimiz odur ki, cins nisbəti pozulmasın, cəmiyyətdə qızlara dəyər verilsin. “Üçüncü uşağın qız doğulsa, xəstəxanadan evə gəlmə” qorxusu altında yaşanmasın.

Qadınlar uşaqların cinsiyyəti barədə psixoloji problem yaşamasın. Onlar evdə problem yaşamasın deyə selektiv abort etdirirlər. Bu da sağlamlığa birbaşa ziyandır. Niyə qadınlar xərçəng xəstəsi olur? Çünki selektiv abort qadınlarda xərçəng yaradır. Sonradan doğulan oğlan uşaqları da qüsurlarla doğulur. Stereotiplər qırılsın və problemlər həll olunsun”.

BMT-nin Əhali Fondunun Demoqrafik inkişaf üzrə müşaviri Nərminə Məlikova bildirib ki, son illər Azərbaycanda cins nisbətinin pozulması halları müşahidə edilir ki, bu vəziyyət gələcəkdə əhalinin strukturunda xoşagəlməz nəticələrə gətirir:

“Kişilərin həddən artıq çoxalması ölkədə zorakılıq, kriminogen halların artmasına, gəlin qaçırma, insan alverinin çoxalmasına səbəb olur. Bu istiqamətdə BMT-nin Əhali Fondu ilə Azərbaycan hökuməti tərəfindən müxtəlif layihələr həyata keçirilir”.

Mətbuat Şurasının sədri müavini Ümid Mirzəyev bildirib ki, mətbuatda utancverici məqamları bəzən daha çox qabardırlar, qadının üstünə çox gedirlər:

“Kişi ilə qadın eyni hərəkət etsə, qadın daha çox müzakirə edilir, təhqir edilir. Avtomobil idarə edən qadın qəza törədəndə mediada onu gülünc vəziyyətə gətirirlər və daha çox bəzəyirlər. Bu, yolverilməzdir”.

Ümid Mirzəyev qeyd edib ki, Mətbuat Şurasında ortalama 1000-ə yaxın rəsmi şikayət müzakirə edilir:

“Bir o qədər də şikayətləri katiblikdə danışıq yolu ilə həll edirik, rəsmiləşdirmirik. Şikayətlərin böyük hissəsində məlum olur ki, yazılarda kiminsə ailəsi, uşağı, həddi-büluğa çatmamış qız uşağı ilə bağlı xoşagəlməyən yazılar gedir. Bunu yazan müəlliflər arasında xanımlar heç də az deyil. Xanım yazarların özləri bu cür məqamlarda həmcinslərini tənqid edirlər. Bölgələrdə kimsə sayt təsis edir və xanımlara kart verib, qapılara göndərir. Bu cür hallarla jurnalistikaya, mətbuata aidiyyəti olmayan adamlar yoldan çıxarılır, onlar mətbuatın adına ləkə gətirirlər”.

Qeyd edək ki, layihənin məqsədi oğlan uşaqlarına üstünlük verilməsi probleminin və doğulan uşaqlar arasında gender əsaslı cins seçiminin aradan qaldırılması məqsədilə həyata keçirilən milli təşviqat kampaniyasına medianı cəlb etmək olub. Təlim Avropa İttifaqının dəstəyilə keçirilib.

Seminarda gender ayrıseçkiliyi, gender əsaslı zorakılıq kimi mövzuları işıqlandıran media nüməyəndələrinin doğulan uşaqların cins nisbətinin pozulmasının səbəb və nəticələri haqqında məlumatlılığının artırılması məsələsi müzakirə edilib. Bununla yanaşı, iştirakçılara ənənəvi və yeni media vasitələrinin, sosial media alətlərinin bu mövzudakı təşviqat işində istifadə olunması üçün praktik biliklər verilib.


Qeyd: oxu.az -dan da istifadə olunub.



dünyada ve Azerbaycanda bas vermis en sonxeberler en son xeberler 2019 xeberler 2019

den xeberdar olmaq isdeyirsinizse xeber.im saytina daxil olub, en yeni xeberler haqqinda melumat toplaya bilersiniz. Xeber.im size her gün yeni xeberler , en son xeberler,

Azerbaycan xeberleri, dünya xeberleri

teqdim edir. gundelik olaraq her an bas vermis hadiselerden isti isti xeber tutacaqsiniz. En yeni xeberleri ilk olaraq xeber.im-den oxuya bilersiniz.

Tek Azerbaycan xeberleri ile deyil dünya xeberleri

ilede qarsinizdayiq elbetdeki. Bir xeber sayti olaraqdan meqsedimiz ve vezifemiz sizi en son xeberlerle melumatlandurmaq ve mariflendirmekdir. sou biznes xeberleri, siyaset xeberleri, maraqli-xeberler, dunya-xeberleri, idman-xeberleri, cemiyyet-xeberleri, kriminal-xeberleri, iqtisadiyyat xeberleri, avto moto xeberleri, ikt-xeberleri informasiya texnologiya xeberleri az, medeniyyet xeberleri, turizm-xeberleri, muharibe-xeberleri