xeber.im | İsrail KİV: HƏMAS-la altı aylıq sülh əldə olunub
İsrail KİV: HƏMAS-la altı aylıq sülh əldə olunub

İsrail KİV: HƏMAS-la altı aylıq sülh əldə olunub

21 May, 2019
0 2 735

İsrailin 12-ci telekanalı Misirin vasitəçiliyi və BMT-nin xətti ilə İsrail və HƏMAS arasında altı ay müddətinə atəşkəs haqqında razılaşmanın əldə olunduğu xəbərini yayıb.

Məlumata görə, İsrail tərəfi Qəzza bölgəsində balıqçıların balıq tutmaq üçün icazə verilən zonanı 15 dəniz milinə qədər genişləndirməyə və elektrik təchizatı və bir sıra maliyyə problemləri ilə bağlı danışıqlara başlamağa hazır olduğunu bildirib.

Fələstinlilər isə bunun əvəzində atəşkəs elan etməyə və sərhədyanı çəpərlərdə zorakı insidentləri dayandırmağa, 300 metrlik bufer zonasının qorunub-saxlanılmasını təmin etməyə razılıq verib.

Ancaq bir müddətdən sonra Qəzzaya nəzarət edən HƏMAS İsraili KİV-də yayılan bu informasiyanı təkzib edib:

“HƏMAS hərəkatı altı ay müddətinə atəşkəslə bağlı sövdələşmənin olması barədə İsrail KİV-də yayılan xəbərin həqiqiliyini inkar edir”, - deyə HƏMAS nümayəndəsi Fauzi Barhuminin bəyanatında deyilir.

Barhumi bildirib ki, tərəflər sadəcə İsrailin bütün razılaşmaları yerinə yetirməsi müqabilində atəşkəsə razılaşıb. Hər hansı konkret tarixlərdən söz açılmır.


Qeyd: oxu.az -dan da istifadə olunub.



dünyada ve Azerbaycanda bas vermis en sonxeberler en son xeberler 2019 xeberler 2019

den xeberdar olmaq isdeyirsinizse xeber.im saytina daxil olub, en yeni xeberler haqqinda melumat toplaya bilersiniz. Xeber.im size her gün yeni xeberler , en son xeberler,

Azerbaycan xeberleri, dünya xeberleri

teqdim edir. gundelik olaraq her an bas vermis hadiselerden isti isti xeber tutacaqsiniz. En yeni xeberleri ilk olaraq xeber.im-den oxuya bilersiniz.

Tek Azerbaycan xeberleri ile deyil dünya xeberleri

ilede qarsinizdayiq elbetdeki. Bir xeber sayti olaraqdan meqsedimiz ve vezifemiz sizi en son xeberlerle melumatlandurmaq ve mariflendirmekdir. sou biznes xeberleri, siyaset xeberleri, maraqli-xeberler, dunya-xeberleri, idman-xeberleri, cemiyyet-xeberleri, kriminal-xeberleri, iqtisadiyyat xeberleri, avto moto xeberleri, ikt-xeberleri informasiya texnologiya xeberleri az, medeniyyet xeberleri, turizm-xeberleri, muharibe-xeberleri