xeber.im | “Windows 7” və “XP”də olan klassik oyunlar ləğv edilir

“Windows 7” və “XP”də olan klassik oyunlar ləğv edilir

“Windows 7” və “XP”də olan klassik oyunlar ləğv edilir
10 İyul, 2019
10 5 1724

Microsoft” qısa zaman ərzində “Windows XP”, “Windows ME” və “Windows 7” əməliyyat sistemlərində (ƏS) olan klassik internet oyunlarının dayandırılacağını açıqlayıb. Bu gün isə həmin oyunların nə vaxt aradan qaldırılacağı məsələsi ortaya çıxıb.

Bu barədə “Microsoft” şirkəti məlumat yayıb.

Internet Backgammon (nərd), Internet Checkers (dama), Internet Spades, Internet Hearts, Internet Reversi və MSN Go (qo) oyunları “Windows XP” və “ME”də 31 iyul 2019-cu ildən, “Windows 7”də isə 22 yanvar 2020-ci ildən dayanacaq.

Klassik “Microsoft Internet” oyunlarının aradan qaldırılması böyük bir auditoriyaya təsir göstərməyəcək, çünki “Windows XP” və “Windows ME” uzun zamandır ki, şirkət tərəfindən dəstəklənmir və ƏS bazarındakı payları əhəmiyyətsizdir.

Netmarketshare”nin məlumatına görə, 2019-cu ilin iyun ayından etibarən internetə qoşulan fərdi kompüterlərin 1.81 faizi “Windows XP”nin idarəsi altında işləyir.

Bu vəziyyət hələ də “Microsoft” ƏS-nin ən populyar versiyalarından biri olan “Windows 7”də bir qədər fərqlidir – bazarda onun payı 35 faizdir.

Windows 10” istifadəçiləri dəyişikliklərdən təsirlənməyəcək, çünki bu ƏS versiyası əvvəlcədən yüklənmiş oyunlar olmadan, “Microsoft Solitaire” kolleksiyasının kart oyunları istisna olmaqla təqdim edilir.







Qeyd: oxu.az -dan da istifadə olunub.



dünyada ve Azerbaycanda bas vermis en sonxeberler en son xeberler 2019 xeberler 2019

den xeberdar olmaq isdeyirsinizse xeber.im saytina daxil olub, en yeni xeberler haqqinda melumat toplaya bilersiniz. Xeber.im size her gün yeni xeberler , en son xeberler,

Azerbaycan xeberleri, dünya xeberleri

teqdim edir. gundelik olaraq her an bas vermis hadiselerden isti isti xeber tutacaqsiniz. En yeni xeberleri ilk olaraq xeber.im-den oxuya bilersiniz.

Tek Azerbaycan xeberleri ile deyil dünya xeberleri

ilede qarsinizdayiq elbetdeki. Bir xeber sayti olaraqdan meqsedimiz ve vezifemiz sizi en son xeberlerle melumatlandurmaq ve mariflendirmekdir. sou biznes xeberleri, siyaset xeberleri, maraqli-xeberler, dunya-xeberleri, idman-xeberleri, cemiyyet-xeberleri, kriminal-xeberleri, iqtisadiyyat xeberleri, avto moto xeberleri, ikt-xeberleri informasiya texnologiya xeberleri az, medeniyyet xeberleri, turizm-xeberleri, muharibe-xeberleri