xeber.im | Özil və həyat yoldaşı Bekhemlərə rəqib oldu
Özil və həyat yoldaşı Bekhemlərə rəqib oldu

Özil və həyat yoldaşı Bekhemlərə rəqib oldu

11 İyul, 2019
8 5 691

“Arsenal”ın məşhur türk futbolçusu Məsud Özil və həyat yoldaşı, “Türkiyə gözəli” Aminə Gülşə yeni biznes qurub.

“Posta” xəbər verir ki, cütlük iyunun 7-də baş tutan dəbdəbəli toylarından əvvəl İngiltərənin “Citizen Cosmetick Limited” kosmetika firması ilə müqavilə imzalayıb.

Daha əvvəl qəhvə markası çıxaran və öz adına uyğun “M10” loqolu geyim brendi istehsal edən Məsud xanımını da biznesə qoşub. Cütlük hazırladığı markanı məşhurlaşdırmaq üçün adlı-sanlı modelyerlərlə əməkdaşlığa başlayıb.

Onlar musiqi, reklam və film istehsalı kimi sahələrə də qol qoymağa hazırlaşır. Biznesdən gələn gəlir cütlüyün ortaq hesabına yatırılacaq. Pulun müəyyən hissəsi isə müxtəlif yardım fondlarına köçürüləcək. 

Qeyd edək ki, altı il öncə 47 milyon avroya “Real”dan (Madrid) “Arsenal”a transfer olunan M.Özil həftəlik 350 min funt sterlinq gəlir əldə edir.

Dünya şöhrətli futbolçu Devid Bekhemin həyat yoldaşı Viktoriyanın özünün adını daşıyan geyim və ətriyyat markası var. Vikki ərinin dəstəyi ilə bu yaxınlarda şəxsi kosmetika brendini yaratmağa hazırlaşır.

Rəşad Əliyev


Qeyd: oxu.az -dan da istifadə olunub.



dünyada ve Azerbaycanda bas vermis en sonxeberler en son xeberler 2019 xeberler 2019

den xeberdar olmaq isdeyirsinizse xeber.im saytina daxil olub, en yeni xeberler haqqinda melumat toplaya bilersiniz. Xeber.im size her gün yeni xeberler , en son xeberler,

Azerbaycan xeberleri, dünya xeberleri

teqdim edir. gundelik olaraq her an bas vermis hadiselerden isti isti xeber tutacaqsiniz. En yeni xeberleri ilk olaraq xeber.im-den oxuya bilersiniz.

Tek Azerbaycan xeberleri ile deyil dünya xeberleri

ilede qarsinizdayiq elbetdeki. Bir xeber sayti olaraqdan meqsedimiz ve vezifemiz sizi en son xeberlerle melumatlandurmaq ve mariflendirmekdir. sou biznes xeberleri, siyaset xeberleri, maraqli-xeberler, dunya-xeberleri, idman-xeberleri, cemiyyet-xeberleri, kriminal-xeberleri, iqtisadiyyat xeberleri, avto moto xeberleri, ikt-xeberleri informasiya texnologiya xeberleri az, medeniyyet xeberleri, turizm-xeberleri, muharibe-xeberleri