xeber.im | Arvadı qaçan Dubay əmiri barədə 16 fakt: şair at həvəskarı nakam övladlar -
Arvadı qaçan Dubay əmiri barədə 16 fakt: şair at həvəskarı nakam övladlar -

Arvadı qaçan Dubay əmiri barədə 16 fakt: şair at həvəskarı nakam övladlar -

21 İyul, 2019
4 0 887

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Baş naziri və Dubay əmiri şeyx Məhəmməd ibn Rəşid əl-Maktumun həyatı artıq dünyanın hər yerində müzakirə edilir. Uzun illərdir ki, ərəb mətbuatı onu böyük səylə dəstəkləyib, ədalətli rəhbər kimi, əhalinin rifahını yüksəldən, qadın hüquqları uğrunda mübarizə aparan səxavətli və xeyirxah şəxsiyyət, nümunəvi ailə başçısı və 23 uşağı olan fədakar ata kimi cəmiyyətə təqdim edib.

Lakin 2015-ci ildə böyük oğlunun qəflətən vəfat etməsi (ölümünün rəsmi səbəbi hələ də bəlli deyil), 2018-ci ildə atasının şiddətli rəftarı üzündən qızının ölkəni tərk etməsi (o tutulub, hələ də taleyi məlum deyil) və nəyahət, bir neçə ay öncə Məhəmmədin altıncı arvadı şahzadə Həyya bint əl-Hüseynin iki uşağı ilə birlikdə 39 milyon dollar vəsaiti götürərək Avropaya qaçması (Həyyanın harada qaldığı hələ də dəqiq bilinmir) liderin adına kölgə saldı.

Şeyxin illər ərzində qazandığı nüfuzu və hörməti bu hadisələr fonunda alt-üst oldu. İrəlidə Məhəmmədi Londonda həyat yoldaşı Həyya ilə olan məhkəmə prosesi gözləyir. Orada cütlük boşanmanın detallarını müzakirə etməli və uşaqların kimin himayəsində qalacağını müəyyənləşdirməlidir. 

Bir neçə gün öncə ailəsi və nəvələrinin əhatəsində 70 yaşını qeyd edən əmirin oğlunun “Instagram” hesabında paylaşdığı fotolarla mehriban ailə tablosu yaratmaq cəhdi diqqətdən qaçmadı. 

Oxu.Az BƏƏ-nin Baş naziri və Dubay əmiri şeyx Məhəmməd ibn Rəşid əl-Maktum haqqında 16 faktı təqdim edir:

1. Məhəmməd Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, BƏƏ-nin ikinci Baş naziri və Dubay əmiri şeyx Rəşid bin Səid əl-Maktumun dörd oğlundan üçüncüsüdür.

Şeyxin uşaqlığı 

Məhəmmədin atası - Şeyx Rəşid bin Said əl-Maktum

2. Məhəmməd ibtidai təhsilini Birləşmiş Ərəb Əmirliklərində alıb. 17 yaşında İngiltərəyə köçüb və əcnəbi vətəndaşlara ingilis dili öyrədilən “Bell Educational Trust” məktəbinə daxil olub. Bundan sonra Alderşotda “Mons Officer Cadet School” adlı hərbi məktəbdə oxuyub. Məktəbi bitirdikdən sonra ən yaxşı şagirdlərdən biri kimi “Şöhrət qılıncı” ilə təltif olunub.

3. Dubayın əmiri və Birləşmiş Ərəb Əmirliklərinin Baş naziri postuna böyük qardaşı şeyx Maktumun ölümündən sonra Məhəmməd təyin edilib. 63 yaşlı şeyx Maktum Avstraliyaya rəsmi səfər zamanı ürək çatışmazlığından dünyasını dəyişib. Bundan sonra hakimiyyət başına Məhəmməd gəlib. 

4. Şeyx Məhəmməd ən zəngin vəzifəli şəxslərin siyahısında 7-ci sıradadır. 2018-ci ildə onun sərvəti təxminən 4,5 milyard dollar qiymətləndirilib.

5. Rəsmi saytında Məhəmməd özünü “Lider, ata, şair” kimi təqdim edib.

6. Bir şair kimi şeyx bir neçə şeir kitabı nəşr edib. Bəzən şəxsi “Instagram” hesabında müxtəlif hadisələr barədə düşüncələrini poetik şəkildə ifadə edir. Diqqət çəkən məqamlardan biri isə arvadı Həyya ondan üz döndərərək uşaqları ilə birlikdə Avropaya qaçdıqdan sonra Məhəmmədin ona ithaf etdiyi yazıda şahzadəni “xain” adlandırmasıdır.

7. 2016-cı ildə şeyxin ən populyar “Flashes of Wisdom” (Müdrikliyin işığı) kitabı işıq üzü görüb. Kitabda Məhəmmədin ən məşhur ifadələri yer alıb.

8.  Əmirin “Dubai” adlanan yaxtası dünyada üçüncü ən böyük yaxta hesab edilir. Onun uzunluğu 162 metrdir. 24 nəfərlik qonaq üçün nəzərdə tutulan yaxtada beş VIP-otaq, altı qonaq otağı, üzgüçülük hovuzu, barbekü sahəsi, kino, vertolyot zolağı, idman zalı, hətta sualtı qaraj var.

9. Şeyx Məhəmməd atlara və atçılıq oyunlarına sevgisi ilə də tanınır. O, dünyada ən böyük “Darli” adlı at zavodunun sahibidir. Burada yetişdirilən ingilis atları nüfüzlu və beynəlxalq yarışlarında iştirak edir, əksər vaxtlarda da qalib olurlar. Dubay əmiri Kral at yarışlarının fəxri qonağı sayılır. Britaniya Kraliçası II Elizabet şəxsən onu alqışlayır və onunla eyni lojada əyləşərək hippodromda baş verənləri müşahidə edir. Xatırladaq ki, əmir 2012-ci ildə 63 yaşında ikən “World Endurance Championships” yarışında qalib gələrək qızıl medala laiq görülüb.

10. Məhəmmədin sevmədiyi söz “qeyri-mümkün”dür.

11. Şeyx dünyanın ən hündür göydələni sayılan “Bürc Xəlifə”nin tikintisinə şəxsən özü nəzarət edib. Tikili öncə memarların planına görə, 80 mərtəbəli olmalı idi. Amma bu, Məhəmmədi qane etmədi və dünyada ən hündür binanın tikintisinə əmr verdi. Beləcə başgicəlləndirici “Bürc Xəlifə” dünyanın ən hündür binası oldu. 828 metrlik bina 163 mərtəbədən ibarətdir. Bu rekord hələ də təzələnməyib.

12. 2015-ci ildə Məhəmməd Gender Balansı Şurasını təsis edib. Şuranın məqsədi BƏƏ-nin inkişafında qadınların rolunun artırılmasıdır. 

13. Məhəmmədin öz ailəsindəki qadınlara və onların hüquqlarına hörmətlə yanaşmadığı bildirilir. Buna sübüt isə ötən ilin fevral ayında 33 yaşlı qızı şahzadə Lətifənin ölkədən qaçmasıdır. Lətifə evdə atası tərəfindən gördüyü əziyyətlər və ona qarşı edilən haqsızlıqlar haqqında “YouTube”da yayımladığı videoda danışmışdı.

Məhəmməd ibn Rəşid əl-Maktumun qızı şahzadə Lətifə

O, videoda bacısı Şəmsənin də 18 yaşında olarkən, 2000-ci ildə evdən qaçaraq İngiltərəyə üz tutmasından bəhs etmişdi. Onun sözlərinə görə, bacısı o vaxt Londonda cəmi bir neçə ay rahat yaşaya bilib. Daha sonra Məhəmmədin adamları qızı qaçırdaraq yenidən Dubaya gətirib və sarayda zindana salıblar. Şəmsənin taleyi haqqında hələ də dəqiq informasiya yoxdur. Eləcə də onun bacısı Lətifənin... 

Şahzadə Lətifənin bacısı şahzadə Şəmsə

14. Şeyx ən azı altı dəfə evli olub. Amma bəzi mənbələrdə yeddi dəfə evləndiyi də deyilir. Əmirin şəxsi həyatı gizli saxlanılır. Dünya mediasına yalnız ilk və altıncı həyat yoldaşının adları məlumdur. İlk dəfə Məhəmməd 1979-cu ildə əmisi qızı Hind bin Maktum bin Cümə əl-Maktumla evlənib. O, Dubayın birinci xanımı və şeyxin 12 uşağının anasıdır. Altıncı arvadı isə şahzadə Həyya bint əl-Hüseyndir. O, mərhum İordaniya Kralı Hüseyn ibn Talalın və onun üçüncü həyat yoldaşı Aliyə əl-Hüseynin 11 uşağından biridir. İordaniyanın hazırkı Kralı II Abdullah Həyyanın ögey qardaşıdır.

15. Müxtəlif mənbələrə görə, şeyxin 30-a qədər uşağı var. Rəsmi olaraq onun böyük oğlu şahzadə Rəşid hesab edilir, lakin bəzi mənbələr iddia edir ki, Məhəmmədə ilk oğlan övladını alman və yunan mənşəli bir qadın dünyaya gətirib. Uşağın adı isə Mərvandır. Anası başqa millətin nümayəndəsi olduğuna görə o, vərəsəlik payından məhrum edilib.

16. Əmirin yalnız qızlarının deyil, oğlu Rəşidin də taleyi kədərli olub. O, atasından sonra Dubay əmiri və Birləşmiş Ərəb Əmirliklərinin Baş naziri vəzifəsini tutacaqdı. Lakin 2015-ci ildə Rəşidin 33 yaşında qəfil ölümü hər şeyi alt-üst etdi. Rəşid ölməmişdən öncə hərəkətləri ilə nüfuzuna xələl gətirdi, atası ilə münasibətlərini korladı. Şeyx Məhəmməd oğlunu bütün hüquq və vəzifələrdən məhrum etdi. Ata ilə oğul arasında gərginliyə səbəb Rəşidin əmirin ofisində çalışan işçilərdən birini qətlə yetirməsi olub. Ailədə ona “qara qul” adı verilməsi isə Rəşid üçün son hədd olub. Rəşidin ətrafındakı insanların sözlərinə görə, o, narkotik maddələr qəbul edib, lakin bundan xilas olmaq üçün reabilitasiya keçib, müalicə alıb. 

Şahzadə Rəşid atası ilə 

Bir çox mənbələrdə Rəşidin Yəmənin Mərib vilayətində inqilabçı qüvvələrin hücumu zamanı öldürülməsi qeyd edilib. Lakin ailəsi bu informasiyanın yalan olduğunu, Rəşidin ürək çatışmazlığından həyatını itirdiyini elan edib.

Rəşad Əliyev


Qeyd: oxu.az -dan da istifadə olunub.



dünyada ve Azerbaycanda bas vermis en sonxeberler en son xeberler 2019 xeberler 2019

den xeberdar olmaq isdeyirsinizse xeber.im saytina daxil olub, en yeni xeberler haqqinda melumat toplaya bilersiniz. Xeber.im size her gün yeni xeberler , en son xeberler,

Azerbaycan xeberleri, dünya xeberleri

teqdim edir. gundelik olaraq her an bas vermis hadiselerden isti isti xeber tutacaqsiniz. En yeni xeberleri ilk olaraq xeber.im-den oxuya bilersiniz.

Tek Azerbaycan xeberleri ile deyil dünya xeberleri

ilede qarsinizdayiq elbetdeki. Bir xeber sayti olaraqdan meqsedimiz ve vezifemiz sizi en son xeberlerle melumatlandurmaq ve mariflendirmekdir. sou biznes xeberleri, siyaset xeberleri, maraqli-xeberler, dunya-xeberleri, idman-xeberleri, cemiyyet-xeberleri, kriminal-xeberleri, iqtisadiyyat xeberleri, avto moto xeberleri, ikt-xeberleri informasiya texnologiya xeberleri az, medeniyyet xeberleri, turizm-xeberleri, muharibe-xeberleri