xeber.im | İlahiyyatçı: Qoyuna deyil ehtiyacı olanlara paltar almaq lazımdır
İlahiyyatçı: Qoyuna deyil ehtiyacı olanlara paltar almaq lazımdır

İlahiyyatçı: Qoyuna deyil ehtiyacı olanlara paltar almaq lazımdır

13 Avqust, 2019
5 5 1284

Azərbaycanda Qurban bayramında rast gəlinən qəribə maraqlı məqamlardan biri də qurbanlıq heyvanlara, xüsusən də qoyun və qoçlara bəzəkli “paltarlar”ın geyindirilməsidir. Bu hal, əsasən, nişanlı qızlara bayram payı apararkən müşahidə olunur.

Qurbanlıq heyvanı bu cür bəzəmək dini nöqteyi-nəzərdən doğrudurmu?

İlahiyyatçı-alim Hacı Surxay Oxu.Az-a bildirib ki, dinimizdə bu cür bəzəkli geyimlərdə qurban payı aparmaq məqbul hesab edilmir.

Onun sözlərinə görə, qurbanlıq heyvanın boynuna boyunbağı, əyninə paltar, başına fata taxmaq günahdır:

“Bəzən heyvanı gəlin evinə, qohum evinə aparanda müxtəlif geyimlər geyindirib boynundan çoxlu aksesuar asırlar. Bu, məqbul deyil. Dinimizdə belə bir göstəriş yoxdur, İsmayıl qurbanını belə bəzəmək olmaz. Sadəcə subyektiv fikir olaraq onu da deyim ki, əgər bir insan bu gün sırf heyvana geyindirdiyi paltara, aksesuarlara verdiyi pulu hesablasa, kifayət qədər məbləğ edir. Yaxşı olardı ki, o pula qurbanlıq heyvan üçün deyil, ehtiyacı olan insanlara geyim, ya da bəzək əşyaları alınsın. Onda Allah da insanın əməlini, niyyətini qəbul edər. Bayram günündə heyvanların bu cür bəzədilməsi dini, milli adət-ənənələrimizə ziddir”.

Hacı Surxay bayram günü qurbanlıq heyvan alan şəxslərin bir neçə məqama diqqət etməli olduğunu da vurğulayıb:

“Şəriət baxımından qurbanlıq qoyun, keçinin yaşı 6 aydan yuxarı, inək 2 ildən, dəvə isə 5 ildən yuxarı olmalıdır. Əks halda digər heyvanları qurbanlıq kimi seçmək olmaz. Bundan başqa, buynuzu, gözləri, bədənində nöqsan olmamalıdır.

Qurbanlıq kəsən zaman üzü qibləyə tutulmalıdır, duası oxunmalıdır. Bəzən qəssablar heyvanın gözünün qarşısında bıçağı oynadıb ona işgəncə verirlər. Belə hərəkət qətiyyən olmaz, günahdır. Heyvanın gözü qarşısında başqa heyvanı kəsmək olmaz. Kəsməzdən əvvəl heyvana su verilməlidir.

Bütün bunlar şəriət qaydalarıdır və qurbanlıq heyvan da bu qaydalara uyğun olaraq kəsilməlidir. Qurban payları da göstəriş xətrinə deyil, gizli şəkildə paylanmalıdır ki, Allah tərəfindən qəbul edilsin”.

Könül Cəfərli


Qeyd: oxu.az -dan da istifadə olunub.



dünyada ve Azerbaycanda bas vermis en sonxeberler en son xeberler 2019 xeberler 2019

den xeberdar olmaq isdeyirsinizse xeber.im saytina daxil olub, en yeni xeberler haqqinda melumat toplaya bilersiniz. Xeber.im size her gün yeni xeberler , en son xeberler,

Azerbaycan xeberleri, dünya xeberleri

teqdim edir. gundelik olaraq her an bas vermis hadiselerden isti isti xeber tutacaqsiniz. En yeni xeberleri ilk olaraq xeber.im-den oxuya bilersiniz.

Tek Azerbaycan xeberleri ile deyil dünya xeberleri

ilede qarsinizdayiq elbetdeki. Bir xeber sayti olaraqdan meqsedimiz ve vezifemiz sizi en son xeberlerle melumatlandurmaq ve mariflendirmekdir. sou biznes xeberleri, siyaset xeberleri, maraqli-xeberler, dunya-xeberleri, idman-xeberleri, cemiyyet-xeberleri, kriminal-xeberleri, iqtisadiyyat xeberleri, avto moto xeberleri, ikt-xeberleri informasiya texnologiya xeberleri az, medeniyyet xeberleri, turizm-xeberleri, muharibe-xeberleri