xeber.im | Dayısı oğlunun evini arvadını öldürməklə hədələyib soydu
Dayısı oğlunun evini arvadını öldürməklə hədələyib soydu

Dayısı oğlunun evini arvadını öldürməklə hədələyib soydu

13 Avqust, 2019
8 2 1109

Bakının Nəsimi rayonunda qrup şəklində törədilmiş quldur basqını nəticəsində bir nəfər xəsarət alıb.

Bu barədə Oxu.Az-a Nəsimi Rayon Polis Bölməsindən məlumat veriblər.

Üç kişi Mərdanov qardaşları küçəsində yaşayan 1991-ci il təvəllüdlü Mustafayev Tərlan Ağa oğlunun evinə girərək ondan pul tələb ediblər. T.Mustafayev cinayətkarların tələbini yerinə yetirməkdən imtina edib.

Bu zaman onlardan biri T.Mustafayevin başına yumruq zərbəsi endirib. Ardından cinayətkarlar ev sahibinin həyat yoldaşı olan 1993-cü il təvəllüdlü Xuraman Məmmədovanı bıçaqla öldürməklə hədələyiblər.

Onlar bu yolla evdən iki mobil telefon, yeddi min manat, bank kartı və sürücülük vəsiqəsi götürüblər. Şikayətçilər bildiriblər ki, cinayətkarlar üzlərini kovboy tərzinə bənzər burun yaylığı ilə gizlədiblər.

Aldığı zərbələrdən T.Mustafayev yardım üçün Kliniki Tibbi Mərkəzə müraciət etməli olub. 

20-ci Polis Bölməsinin əməkdaşları aparılmış operatov-axtarış tədbirləri zamanı şübhəlilərdən birini saxlayıblar. Bu, xəsarət alanın dayısı oğlu 1998-ci il təvəllüdlü Tağıyev Sahib Teymur oğludur. ağıyevin əlbir olduğu cinayətkarların axtarışı isə davam edir.

Quldurluq faktı ilə bağlı cinayət işi qaldırılıb.

Ramella İbrahimxəlilova


Qeyd: oxu.az -dan da istifadə olunub.



dünyada ve Azerbaycanda bas vermis en sonxeberler en son xeberler 2019 xeberler 2019

den xeberdar olmaq isdeyirsinizse xeber.im saytina daxil olub, en yeni xeberler haqqinda melumat toplaya bilersiniz. Xeber.im size her gün yeni xeberler , en son xeberler,

Azerbaycan xeberleri, dünya xeberleri

teqdim edir. gundelik olaraq her an bas vermis hadiselerden isti isti xeber tutacaqsiniz. En yeni xeberleri ilk olaraq xeber.im-den oxuya bilersiniz.

Tek Azerbaycan xeberleri ile deyil dünya xeberleri

ilede qarsinizdayiq elbetdeki. Bir xeber sayti olaraqdan meqsedimiz ve vezifemiz sizi en son xeberlerle melumatlandurmaq ve mariflendirmekdir. sou biznes xeberleri, siyaset xeberleri, maraqli-xeberler, dunya-xeberleri, idman-xeberleri, cemiyyet-xeberleri, kriminal-xeberleri, iqtisadiyyat xeberleri, avto moto xeberleri, ikt-xeberleri informasiya texnologiya xeberleri az, medeniyyet xeberleri, turizm-xeberleri, muharibe-xeberleri