xeber.im | SOCAR-la Petrofacın birgə müəssisəsi Abşeronda texniki xidmət göstərəcək

SOCAR-la Petrofacın birgə müəssisəsi Abşeronda texniki xidmət göstərəcək

SOCAR-la Petrofacın birgə müəssisəsi Abşeronda texniki xidmət göstərəcək
19 Avqust, 2019
7 2 863

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Petrofac" şirkəti ilə yaratdığı birgə müəssisə Xəzərin Azərbaycan sektorunda yerləşən "Abşeron" yatağının işlənməsi çərçivəsində mühəndislik və texniki xidmət müqaviləsi imzalayıb.

"Report" xəbər verir ki, bu barədə "Petrofac" məlumat yayıb.

"SOCAR-la birgə müəssisə "Total" və SOCAR-ın kəşfiyyat və hasilat əməliyyatlarını dəstəkləmək üçün mühəndislik və texniki xidmət müqaviləsi imzalayıb", - məlumatda qeyd edilib.

Müqavilə uzadılması mümkün olmaqla 12 ay müddətini əhatə edir.

"Petrofac EPS East" şirkətinin icraçı direktoru Mani Racapathi Azərbaycanda təqdim etdikləri xidmətlərin genişləndirilməsindən məmnun olduqlarını bildirib:

"Biz "Total" və SOCAR-ın əməliyyatlarını dəstəkləmək üçün mühəndislik və geniş texniki xidmətlər göstərməyi səbirsizliklə gözləyirik".

Qeyd edək ki, 2017-ci il dekabrın 5-də SOCAR və "Petrofac" şirkəti ölkənin neft-qaz, neft-kimya sahələrində təlim və tədris istiqamətində kommersiya imkanlarından daha səmərəli yararlanmaq məqsədilə birgə müəssisənin yaradılmasına dair təsis müqaviləsi imzalayıb.

Müqaviləyə əsasən, SOCAR-ın səhm payı 51%, "Petrofac"ın payı isə 49% müəyyən edilib.

"Abşeron" qaz-kondensat yatağı Xəzər dənizində, "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan cənub-qərbdə, dənizin 500 metr dərinliyində yerləşir. SOCAR-ın qiymətləndirmələrinə görə, yatağın potensial ehtiyatları 350 mlrd. kubmetr qaz və 45 mln. ton kondensat təşkil edir.







Qeyd: oxu.az -dan da istifadə olunub.



dünyada ve Azerbaycanda bas vermis en sonxeberler en son xeberler 2019 xeberler 2019

den xeberdar olmaq isdeyirsinizse xeber.im saytina daxil olub, en yeni xeberler haqqinda melumat toplaya bilersiniz. Xeber.im size her gün yeni xeberler , en son xeberler,

Azerbaycan xeberleri, dünya xeberleri

teqdim edir. gundelik olaraq her an bas vermis hadiselerden isti isti xeber tutacaqsiniz. En yeni xeberleri ilk olaraq xeber.im-den oxuya bilersiniz.

Tek Azerbaycan xeberleri ile deyil dünya xeberleri

ilede qarsinizdayiq elbetdeki. Bir xeber sayti olaraqdan meqsedimiz ve vezifemiz sizi en son xeberlerle melumatlandurmaq ve mariflendirmekdir. sou biznes xeberleri, siyaset xeberleri, maraqli-xeberler, dunya-xeberleri, idman-xeberleri, cemiyyet-xeberleri, kriminal-xeberleri, iqtisadiyyat xeberleri, avto moto xeberleri, ikt-xeberleri informasiya texnologiya xeberleri az, medeniyyet xeberleri, turizm-xeberleri, muharibe-xeberleri