xeber.im | İranlı şərikini döyən gecə klublarının kralının məhkəməsi başladı
ƏvvəlkiNövbəti

İranlı şərikini döyən gecə klublarının kralının məhkəməsi başladı

İranlı şərikini döyən gecə klublarının kralının məhkəməsi başladı
19 Avqust, 2019
7 4 1903

Səbail Rayon Məhkəməsində qanunsuz azadlıqdan məhrum etmə və vergidən yayınmada təqsirləndirilən gecə klubunun sahibi Dilsuz Dəmirçiyevin cinayət işi üzrə məhkəməsi başlayıb.

Oxu.Az-ın məlumatına görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası avqustun 28-nə təyin edilib.

Qeyd edək ki, D.Dəmirçiyevin barəsində qanunsuz azadlıqdan məhrum etmə və vergidən yayınma maddələri ilə ittiham irəli sürülüb. Həmçinin Azərbaycan Vergilər Nazirliyi zərərçəkmiş qismində tanınır.

Rəsmi məlumata əsasən, ötən il mayın 14-də paytaxtın Nərimanov rayonu ərazisində fəaliyyət göstərən “Ellips” gecə klubunun sahibi Dilsuz Dəmirçiyevin şəriki R.Vakilini qanunsuz azadlıqdan məhrum etməsi və döyərək az ağır bədən xəsarəti yetirməsinə şübhələr olduğundan faktla əlaqədar Bakı şəhər prokurorluğunda cinayət işi başlanıb.

İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertiza təyin edilib və zəruri istintaq hərəkətləri aparılıb. D.Dəmirçiyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin 127.1 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 145.2.5-ci (qanunsuz azadlıqdan məhrum etmə, zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə) maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işində 53 zərərçəkmiş var. 

Xatırladaq ki, "Ellips", "Otto", "Süfrə", "Status", "Malibu" adlı məşhur gecə klublarının sahibi olan D.Dəmirçiyev "klublar kralı" adı ilə tanınır.




ƏvvəlkiNövbəti

Qeyd: oxu.az -dan da istifadə olunub.



dünyada ve Azerbaycanda bas vermis en sonxeberler en son xeberler 2019 xeberler 2019

den xeberdar olmaq isdeyirsinizse xeber.im saytina daxil olub, en yeni xeberler haqqinda melumat toplaya bilersiniz. Xeber.im size her gün yeni xeberler , en son xeberler,

Azerbaycan xeberleri, dünya xeberleri

teqdim edir. gundelik olaraq her an bas vermis hadiselerden isti isti xeber tutacaqsiniz. En yeni xeberleri ilk olaraq xeber.im-den oxuya bilersiniz.

Tek Azerbaycan xeberleri ile deyil dünya xeberleri

ilede qarsinizdayiq elbetdeki. Bir xeber sayti olaraqdan meqsedimiz ve vezifemiz sizi en son xeberlerle melumatlandurmaq ve mariflendirmekdir. sou biznes xeberleri, siyaset xeberleri, maraqli-xeberler, dunya-xeberleri, idman-xeberleri, cemiyyet-xeberleri, kriminal-xeberleri, iqtisadiyyat xeberleri, avto moto xeberleri, ikt-xeberleri informasiya texnologiya xeberleri az, medeniyyet xeberleri, turizm-xeberleri, muharibe-xeberleri