xeber.im | Zəncirlənmiş uşaqla bağlı araşdırma aparıldı materiallar prokurorluğa verildi -
ƏvvəlkiNövbəti

Zəncirlənmiş uşaqla bağlı araşdırma aparıldı materiallar prokurorluğa verildi -

Zəncirlənmiş uşaqla bağlı araşdırma aparıldı materiallar prokurorluğa verildi -
21 Avqust, 2019
4 3 897

Bakı Şəhər Baş Polis İdarəsi sosial şəbəkələrdə və bəzi yerli saytlarda Nəsimi rayonu, Cavadxan küçəsi bina 56-da azyaşlı oğlan uşağının ayaqlarının anası və xalası tərəfindən bir-birinə zəncirlənməsi məsələsinə münasibət bildirib.

İdarənin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən yaşayış binasında mənzillərdən birinin pəncərəsində ayaqlarından zəncirlənmiş azyaşlının fotosu avqustun 20-də Bakı Şəhər Baş Polis İdarəsinə daxil olub:

"Azyaşlıya qarşı qeyri-insani rəftarla bağlı dərhal Baş İdarənin rəhbərliyi tərəfindən fakt nəzarətə götürülüb, ərazi polis orqanına – Nəsimi rayon Polis İdarəsinə müvafiq araşdırmaların aparılması ilə bağlı göstəriş verilib.

Ömər Həsənlinin anası Şahanə İmayılova tərəfindən zəncirlə ayağından bağlanmasına dair ilkin araşdırma zamanı müəyyən olunub ki, ana öz övladını bacısı Aygün İsmayılova ilə birgə kirayədə yaşadığı ünvanda işdə olduqları müddətdə - saat 08:00-dan saat 00:00 radələrinə qədər nəzarətsiz qoyublar. Bu müddət ərazində azyaşlının heç yerə getməməsi üçün ayaqlarını zəncirlə bağlayıblar. Ş.İsmayılova oğlunun çətin tərbiyə olunan uşaq olduğunu deyərək, yay tətilinə görə Yevlax rayonundan gətirərək yaşadığı ünvanda bu addımı atdığını etiraf edib".

E.Hacıyev deyib ki, araşdırma zamanı Nəsimi RPİ İctimai təhlükəsizlik şöbəsi və 19-cu Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi müvafiq tədbirlərlə fakt üzrə toplanan materiallar prokurorluğa təqdim edilib".




ƏvvəlkiNövbəti

Qeyd: oxu.az -dan da istifadə olunub.



dünyada ve Azerbaycanda bas vermis en sonxeberler en son xeberler 2019 xeberler 2019

den xeberdar olmaq isdeyirsinizse xeber.im saytina daxil olub, en yeni xeberler haqqinda melumat toplaya bilersiniz. Xeber.im size her gün yeni xeberler , en son xeberler,

Azerbaycan xeberleri, dünya xeberleri

teqdim edir. gundelik olaraq her an bas vermis hadiselerden isti isti xeber tutacaqsiniz. En yeni xeberleri ilk olaraq xeber.im-den oxuya bilersiniz.

Tek Azerbaycan xeberleri ile deyil dünya xeberleri

ilede qarsinizdayiq elbetdeki. Bir xeber sayti olaraqdan meqsedimiz ve vezifemiz sizi en son xeberlerle melumatlandurmaq ve mariflendirmekdir. sou biznes xeberleri, siyaset xeberleri, maraqli-xeberler, dunya-xeberleri, idman-xeberleri, cemiyyet-xeberleri, kriminal-xeberleri, iqtisadiyyat xeberleri, avto moto xeberleri, ikt-xeberleri informasiya texnologiya xeberleri az, medeniyyet xeberleri, turizm-xeberleri, muharibe-xeberleri