xeber.im | Almaniyada azərbaycanlılarla afrikalıların kütləvi davası: internet və qız söhbəti
ƏvvəlkiNövbəti

Almaniyada azərbaycanlılarla afrikalıların kütləvi davası: internet və qız söhbəti

Almaniyada azərbaycanlılarla afrikalıların kütləvi davası: internet və qız söhbəti
21 Avqust, 2019
7 4 874

Almaniyanın Deggendorf şəhərində Azərbaycan vətəndaşları seneqallılar və nigeriyalılarla kütləvi davada iştirak ediblər. Nəticədə bir çox insan xəsarət alıb.

Bu barədə Oxu.Az-a Almaniyada yaşayan tanınmış hüquq müdafiəçisi, miqrasiya məsələləri üzrə ekspert Əliövsət Əliyev deyib.

İnsident avqustun 20-si saat 17:00-da miqrantların olduğu düşərgədə baş verib. Burada iki çoxmərtəbəli bina var, birində azərbaycanlılar, digərində isə afrikalılar yaşayır.

"İnternet şəbəkəsi afrikalıların olduğu binadadır və buna görə də həmyerlilərimiz yazışmaq və ünsiyyət saxlamaq üçün onların evinin ətrafında otururlar. Çərşənbə axşamı bir neçə sərxoş nigeriyalı 16 yaşlı azərbaycanlı qıza hücum ediblər. Qız hücum edənlərin əlindən qaça bilib. Azərbaycanlılar bir neçə saatdan sonra afrikalıların olduğu evə gediblər və ədəbsiz nigeriyalıların cavabını veriblər", - Ə.Əliyev bildirib.

Yekunda hər iki tərəfdən xəsarət alanlar olub. Afrikalılar isə, öz növbəsində, bir müddətdən sonra azərbaycanlıların qaldığı evə hücum ediblər. Onlar miqrantlara daş atıb, binadakı bütün pəncərələri sındırıblar. 100 polisdən ibarət xüsusi təyinatlı dəstə hadisə yerinə gəlib. Bir neçə nəfər saxlanılıb, xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Baş vermiş hadisə barədə Miqrasiya və qaçqınlarla iş üzrə federal idarəyə məlumat verilib. Azərbaycan diasporunun nümayəndələri idarə əməkdaşlarından azərbaycanlılarla afrikalıları ayrı-ayrı ərazilərdə yerləşdirməyi xahiş edib, çünki belə münaqişələrə burada tez-tez rast gəlinir. Əvvəlcədən nigeriyalılar, seneqallılar və azərbaycanlılar arasında pis münasibətlər yaranıb.

Polis düşərgə ərazisini nəzarətdə saxlayır.




ƏvvəlkiNövbəti

Qeyd: oxu.az -dan da istifadə olunub.



dünyada ve Azerbaycanda bas vermis en sonxeberler en son xeberler 2019 xeberler 2019

den xeberdar olmaq isdeyirsinizse xeber.im saytina daxil olub, en yeni xeberler haqqinda melumat toplaya bilersiniz. Xeber.im size her gün yeni xeberler , en son xeberler,

Azerbaycan xeberleri, dünya xeberleri

teqdim edir. gundelik olaraq her an bas vermis hadiselerden isti isti xeber tutacaqsiniz. En yeni xeberleri ilk olaraq xeber.im-den oxuya bilersiniz.

Tek Azerbaycan xeberleri ile deyil dünya xeberleri

ilede qarsinizdayiq elbetdeki. Bir xeber sayti olaraqdan meqsedimiz ve vezifemiz sizi en son xeberlerle melumatlandurmaq ve mariflendirmekdir. sou biznes xeberleri, siyaset xeberleri, maraqli-xeberler, dunya-xeberleri, idman-xeberleri, cemiyyet-xeberleri, kriminal-xeberleri, iqtisadiyyat xeberleri, avto moto xeberleri, ikt-xeberleri informasiya texnologiya xeberleri az, medeniyyet xeberleri, turizm-xeberleri, muharibe-xeberleri