xeber.im | SAXO1 quyusunun qazılmasının məqsədi açıqlandı
ƏvvəlkiNövbəti

SAXO1 quyusunun qazılmasının məqsədi açıqlandı

SAXO1 quyusunun qazılmasının məqsədi açıqlandı
11 Sentyabr, 2019
7 0 1609

Şəfəq-Asiman” üzrə kəşfiyyat qazma layihəsi “Şəfəq-Asiman” kontrakt sahəsinin daxilində kəşfiyyat quyusunun (SAXO1 adlanan) qazılmasından ibarətdir. Quyunun qazılması ilə əlaqədar planlaşdırılan fəaliyyətin həyata keçirilməsinə icazə almaq üçün Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) hesabatı hazırlanaraq, cari ilin avqust ayının 2-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilib.

Oxu.Az xəbər verir ki, bunu BP şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı deyib.

O bildirib ki, BP hökumətin icazəsini gözləyir:

“Təxminən oktyabr ayında hökumətdən layihənin icrasına başlanılması üçün cavab gözləyirik. Müsbət cavab verilərsə, quyunun qazılmasına başlanılacaq.

SAXO1 kəşfiyyat quyusu “Şəfəq-Asiman” kontrakt sahəsində Bakıdan təxminən 125 kilometr cənub-şərqdə, suyun 624 metr dərinliyindəki sahədə qazılacaq. Qazmanın cari ilin 4-cü rübündə başlanılması və qazma fəaliyyətlərinin tamamlanması üçün 12 aya qədər müddətin lazım olduğunu bildirmişik. 

SAXO1 quyusunun qazılmasının məqsədi isə kollektorun bu hissəsində karbohidrogenlərin olub-olmadığını təsdiqləməkdir.

SAXO1 quyusu vasitəsilə dəniz səviyyəsindən təqribən 6000-7000 metr dərinlikdə potensial karbohidrogen kollektorunun açılması planlaşdırılır”.

Xatırladaq ki, “Şəfəq-Asiman” bloku üzrə müqavilə 2010-cu ilin oktyabrında imzalanıb. BP və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında imzalanan bu müqavilə 30 ili əhatə edir.

Müqavilədə şirkətlərin hər birinin payı 50 faizdir. Blok Bakıdan 125 km cənub-şərqdə yerləşir. Burada qaz ehtiyatları olduğu ehtimal edilir.




ƏvvəlkiNövbəti

Qeyd: oxu.az -dan da istifadə olunub.



dünyada ve Azerbaycanda bas vermis en sonxeberler en son xeberler 2019 xeberler 2019

den xeberdar olmaq isdeyirsinizse xeber.im saytina daxil olub, en yeni xeberler haqqinda melumat toplaya bilersiniz. Xeber.im size her gün yeni xeberler , en son xeberler,

Azerbaycan xeberleri, dünya xeberleri

teqdim edir. gundelik olaraq her an bas vermis hadiselerden isti isti xeber tutacaqsiniz. En yeni xeberleri ilk olaraq xeber.im-den oxuya bilersiniz.

Tek Azerbaycan xeberleri ile deyil dünya xeberleri

ilede qarsinizdayiq elbetdeki. Bir xeber sayti olaraqdan meqsedimiz ve vezifemiz sizi en son xeberlerle melumatlandurmaq ve mariflendirmekdir. sou biznes xeberleri, siyaset xeberleri, maraqli-xeberler, dunya-xeberleri, idman-xeberleri, cemiyyet-xeberleri, kriminal-xeberleri, iqtisadiyyat xeberleri, avto moto xeberleri, ikt-xeberleri informasiya texnologiya xeberleri az, medeniyyet xeberleri, turizm-xeberleri, muharibe-xeberleri