xeber.im | Arda Turana hökm oxundu: 2 il 8 ay
ƏvvəlkiNövbəti

Arda Turana hökm oxundu: 2 il 8 ay

Arda Turana hökm oxundu: 2 il 8 ay
11 Sentyabr, 2019
7 5 757

Türkiyənin məşhur futbolçusu Arda Turanla müğənni Berkay arasında yaşanan münaqişə ilə bağlı məhkəmə qərar çıxarıb.

Məhkəmə Arda Turanı qanunsuz silah saxlama, istifadə və qəsdən sağlamlığa xəsarət yetirmə ittihamı üzrə təqsirli bilərək, 2 il 8 ay 15 gün müddətinə həbs olunması ilə bağlı qərar verib.

Arda Turan ona qarşı irəli sürülən təcavüz ittihamından isə bəraət alıb.

Müğənni Berkay Şahin, Arda Turan verilən cəza ilə bağlı fikirlərini bölüşüb:

“Səhv bir şey desəm, vəkilim bunları qeydə alacaq. Hökm elan olundu. Düşünürəm ki, üç cinayət faktı var. Qərardan şikayət edəcəyik, cinsi təcavüz ittihamı ilə bağlı istədiyimiz cəzanı ala bilmədik.

Ona çıxarılan üç illik cəza mənim üçün kifayət deyil. Hökmdən razı qalmadığım üçün şikayət edəcəyəm. O, cinayətkar olsa da, bu, mənim üçün heç bir məna daşımır. Vəkillərimizlə birlikdə ali məhkəməyə gedib, şikayət edəcəyik”.

Qeyd edək ki, ötən il iki məşhur arasında məkanların birində münaqişə yaşanıb. Hadisə nəticəsində Berkay xəsarət alaraq, burnu sınıb. Arda müğənni ilə dalaşdığını bildirsə də, davanın səbəbi barədə açıqlama verməkdən boyun qaçırmışdı. Bununla belə, B.Şahinin arvadı Özləm Ada Şahin Arda Turanın ona əxlaqsız təkliflər etdiyini bildirmişdi.




ƏvvəlkiNövbəti

Qeyd: oxu.az -dan da istifadə olunub.



dünyada ve Azerbaycanda bas vermis en sonxeberler en son xeberler 2019 xeberler 2019

den xeberdar olmaq isdeyirsinizse xeber.im saytina daxil olub, en yeni xeberler haqqinda melumat toplaya bilersiniz. Xeber.im size her gün yeni xeberler , en son xeberler,

Azerbaycan xeberleri, dünya xeberleri

teqdim edir. gundelik olaraq her an bas vermis hadiselerden isti isti xeber tutacaqsiniz. En yeni xeberleri ilk olaraq xeber.im-den oxuya bilersiniz.

Tek Azerbaycan xeberleri ile deyil dünya xeberleri

ilede qarsinizdayiq elbetdeki. Bir xeber sayti olaraqdan meqsedimiz ve vezifemiz sizi en son xeberlerle melumatlandurmaq ve mariflendirmekdir. sou biznes xeberleri, siyaset xeberleri, maraqli-xeberler, dunya-xeberleri, idman-xeberleri, cemiyyet-xeberleri, kriminal-xeberleri, iqtisadiyyat xeberleri, avto moto xeberleri, ikt-xeberleri informasiya texnologiya xeberleri az, medeniyyet xeberleri, turizm-xeberleri, muharibe-xeberleri