xeber.im | Deputat: Dövlət büdcəsində maaş pensiya artımları üçün daha çox vəsait ayrılacaq
ƏvvəlkiNövbəti

Deputat: Dövlət büdcəsində maaş pensiya artımları üçün daha çox vəsait ayrılacaq

Deputat: Dövlət büdcəsində maaş pensiya artımları üçün daha çox vəsait ayrılacaq
12 Sentyabr, 2019
4 2 1569

Azərbaycanda büdcənin tərtibatı prosesində gəlir və xərclər ölkənin iqtisadi artım templərindən kəskin şəkildə fərqlənir. Ona görə ki, büdcənin xeyli hissəsi - bir qayda olaraq yarıya qədəri Dövlət Neft Fondundan ayırmalar hesabına formalaşır.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli deyib.

Bu şəkildə formalaşan büdcəni kənardan proqnozlaşdırmaq, 2020-ci ilin büdcənin gəlir və xərcləri, eləcə də, əsas maddələr üzrə xərcləmələrin səviyyəsinin necə olacağını proqnozlaşdırmaq mümkünsüzdür”, - deyə Ə.Məsimli əlavə edib.

Deputat xatırladıb ki, 2019-cu ildən həyata keçirilməyə başlanılan sosial paket 4,2 milyon əhalini əhatə edir.

Ə.Məsimli sosial layihələrin 2020-ci ildə də davam edəcəyini bildirib.

Onun maliyyə tutumunun xeyli hissəsi dövlət büdcəsinin üzərindədir. 2020-ci ildə 2019-cu ildən həyata keçirilməyə başlanılan sosial paketin reallaşdırılmasına, artan əməkhaqqı, pensiya, müavinət və digər ödənişlərin maliyyələşdirilməsinə cari ildəkindən daha çox büdcə vəsaiti ayrılacaq”.

Komitə üzvünün fikrincə, bu məntiqlə 2020-ci ildə büdcədən sosial proseslərin tənzimlənməsinə yönəldilən hissə artacaq.

Xatırladaq ki, Maliyyə Nazirliyinin Kollegiyası 2020-ci il dövlət büdcəsinin və icmal büdcənin layihələrinin Nazirlər Kabinetinə təqdim olunmasına dair qərar qəbul edib.

Maliyyə naziri, Kollegiyanın sədri Samir Şərifov bildirib ki, 2020-ci ilin icmal və dövlət büdcələrinin layihələri Prezident İlham Əliyevin müəyyən etdiyi iqtisadi və sosial inkişaf prioritetləri, büdcə sistemi haqqında qanunvericiliyin tələbləri, qlobal iqtisadiyyatda gedən proseslər, onların ölkə iqtisadiyyatına mümkün təsirləri, o cümlədən, İqtisadiyyat Nazirliyinin ortamüddətli dövrdə iqtisadi və sosial inkişafa dair proqnozları, habelə dövlət maliyyə sisteminin orta və uzunmüddətli dövrdə qarşısında duran çağırışlar nəzərə alınmaqla hazırlanıb.




ƏvvəlkiNövbəti

Qeyd: oxu.az -dan da istifadə olunub.



dünyada ve Azerbaycanda bas vermis en sonxeberler en son xeberler 2019 xeberler 2019

den xeberdar olmaq isdeyirsinizse xeber.im saytina daxil olub, en yeni xeberler haqqinda melumat toplaya bilersiniz. Xeber.im size her gün yeni xeberler , en son xeberler,

Azerbaycan xeberleri, dünya xeberleri

teqdim edir. gundelik olaraq her an bas vermis hadiselerden isti isti xeber tutacaqsiniz. En yeni xeberleri ilk olaraq xeber.im-den oxuya bilersiniz.

Tek Azerbaycan xeberleri ile deyil dünya xeberleri

ilede qarsinizdayiq elbetdeki. Bir xeber sayti olaraqdan meqsedimiz ve vezifemiz sizi en son xeberlerle melumatlandurmaq ve mariflendirmekdir. sou biznes xeberleri, siyaset xeberleri, maraqli-xeberler, dunya-xeberleri, idman-xeberleri, cemiyyet-xeberleri, kriminal-xeberleri, iqtisadiyyat xeberleri, avto moto xeberleri, ikt-xeberleri informasiya texnologiya xeberleri az, medeniyyet xeberleri, turizm-xeberleri, muharibe-xeberleri