xeber.im | Xorvatların vurduğu qol penalti deyildi - Millimizin meneceri danışdı
ƏvvəlkiNövbəti

Xorvatların vurduğu qol penalti deyildi - Millimizin meneceri danışdı

Xorvatların vurduğu qol penalti deyildi - Millimizin meneceri danışdı
12 Sentyabr, 2019
7 3 1003

Avro-2020-nin seçmə mərhələsinin Bakıda 1:1 başa çatmış Azərbaycan – Xorvatiya oyununda qonaqların penaltidən vurduğu qol hələ də müzakirə olunur.

Oxu.Az xəbər verir ki, çoxları 11-ci dəqiqədə qapımıza vurulan penalti epizodunda topun sol cinah müdafiəçimiz Anton Krivotsyukun əlinə dəyməməsinə görə penalti verilməli olmadığını düşünür.

Artıq baş məşqçimiz Nikola Yurçeviç də bu epizodla bağlı Xorvatiya mətbuatına danışıb:

Məndə elə təəssürat yarandı ki, buraxdığımız qol epizodunda penalti yox idi. Komandamızın meneceri telefonunda həmin epizodu göstərəndən sonra izahat almaq üçün dördüncü hakimin yanına getdim”.

Milli komandamızın meneceri Zaur-Hacı Məhərrəmov da Oxu.Az-a açıqlamasında penalti qərarının çox mübahisəli olduğunu bildirib:

“Yurçeviç, həqiqətən, mənə yaxınlaşdı və telefonumda təkrarı göstərməyimi istədi. Təkrara baxdıqdan sonra dedi ki, penalti verməmək olardı. Əllə yox, çiyinlə hərəkət olduğundan, təmiz penalti deyil.

Şəxsən mən də düşünürəm ki, oyunun əvvəli idi, verməmək olardı. Orada Antonun hərəkəti vardı. O sinəsini qabağa verməsəydi, bəlkə də, penalti verilməzdi. Biz federasiya olaraq oyunsonrası baş hakimin qərarından şikayətimizi bildirmədik.

Özünüz də bilirsiniz ki, UEFA bu kimi məsələlərə baxmır. O boyda “Qarabağ”ın “İnter”lə görüşündə açıq-aşkar qolu hakim səhvi ucbatından sayılmadı. Onda etiraz heç bir xeyir vermədisə, şikayət etməyin mənası yoxdur.

Əlbəttə ki, o, emosiyalarla dördüncü hakimə penalti barədə etirazını bildirdi. Amma dördüncü hakim qərarını dəyişən deyil. O bildirdi ki, sakit olun, yerinizdə əyləşin. Orada bundan artıq dialoq ola bilməz”.




ƏvvəlkiNövbəti

Qeyd: oxu.az -dan da istifadə olunub.



dünyada ve Azerbaycanda bas vermis en sonxeberler en son xeberler 2019 xeberler 2019

den xeberdar olmaq isdeyirsinizse xeber.im saytina daxil olub, en yeni xeberler haqqinda melumat toplaya bilersiniz. Xeber.im size her gün yeni xeberler , en son xeberler,

Azerbaycan xeberleri, dünya xeberleri

teqdim edir. gundelik olaraq her an bas vermis hadiselerden isti isti xeber tutacaqsiniz. En yeni xeberleri ilk olaraq xeber.im-den oxuya bilersiniz.

Tek Azerbaycan xeberleri ile deyil dünya xeberleri

ilede qarsinizdayiq elbetdeki. Bir xeber sayti olaraqdan meqsedimiz ve vezifemiz sizi en son xeberlerle melumatlandurmaq ve mariflendirmekdir. sou biznes xeberleri, siyaset xeberleri, maraqli-xeberler, dunya-xeberleri, idman-xeberleri, cemiyyet-xeberleri, kriminal-xeberleri, iqtisadiyyat xeberleri, avto moto xeberleri, ikt-xeberleri informasiya texnologiya xeberleri az, medeniyyet xeberleri, turizm-xeberleri, muharibe-xeberleri