xeber.im | Azərbaycanda “əxlaq polisi” yaradılır - DİN-dən açıqlama
ƏvvəlkiNövbəti

Azərbaycanda “əxlaq polisi” yaradılır - DİN-dən açıqlama

Azərbaycanda “əxlaq polisi” yaradılır - DİN-dən açıqlama
12 Sentyabr, 2019
0 4 1053

Son günlər sosial şəbəkələrdə Azərbaycanda “əxlaq polisi”nin yaradılacağı barədə şayiələr yayılır. Bu cür söz-söhbətlər polisin Bakının mərkəzində turistlərə intim xidmət təklif edən yüngül əxlaqlı qadınlara qarşı mübarizəni gücləndirməsindən qaynaqlanır.

Bunu Oxu.Az-a Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib. 

Onun sözlərinə görə, paytaxt sakinlərinin çoxsaylı müraciətlərini nəzərə alaraq, polis əməkdaşları Bakının bir sıra mərkəzi küçələrindən, xüsusən də “Torqovı”dan (Nizami küçəsi) Azərbaycan xalqının milli dəyərlərinə, mentalitetinə zidd hərəkətlərə yol verən və turistlərə ədəbsiz təkliflər edən qadınları yığışdırıb və onlara müvafiq xəbərdarlıq ediblər:

Polisin bu hərəkətləri bütövlükdə şəhər sakinləri tərəfindən müsbət qarşılanıb. Ancaq son günlər sosial şəbəkələrdə bəzi istifadəçilər polisin bu hərəkətlərinə əsaslanaraq, Azərbaycanda yeni bir qurumun - “əxlaq polisi”nin yaradılacağı barədə məlumatlar yayırlar.

Bununla əlaqədar olaraq bildirirəm ki, bu bəyanatlar əsassızdır. Ümumiyyətlə, nə keçmişdə, nə də bu gün Daxili İşlər Nazirliyində “əxlaq polisi” strukturunun yaradılması üçün heç bir layihə olmayıb və yoxdur”.




ƏvvəlkiNövbəti

Qeyd: oxu.az -dan da istifadə olunub.



dünyada ve Azerbaycanda bas vermis en sonxeberler en son xeberler 2019 xeberler 2019

den xeberdar olmaq isdeyirsinizse xeber.im saytina daxil olub, en yeni xeberler haqqinda melumat toplaya bilersiniz. Xeber.im size her gün yeni xeberler , en son xeberler,

Azerbaycan xeberleri, dünya xeberleri

teqdim edir. gundelik olaraq her an bas vermis hadiselerden isti isti xeber tutacaqsiniz. En yeni xeberleri ilk olaraq xeber.im-den oxuya bilersiniz.

Tek Azerbaycan xeberleri ile deyil dünya xeberleri

ilede qarsinizdayiq elbetdeki. Bir xeber sayti olaraqdan meqsedimiz ve vezifemiz sizi en son xeberlerle melumatlandurmaq ve mariflendirmekdir. sou biznes xeberleri, siyaset xeberleri, maraqli-xeberler, dunya-xeberleri, idman-xeberleri, cemiyyet-xeberleri, kriminal-xeberleri, iqtisadiyyat xeberleri, avto moto xeberleri, ikt-xeberleri informasiya texnologiya xeberleri az, medeniyyet xeberleri, turizm-xeberleri, muharibe-xeberleri