xeber.im | VAR poloya da gəlib çıxdı: İlk dəfə Bakıda tətbiq olunacaq -
ƏvvəlkiNövbəti

VAR poloya da gəlib çıxdı: İlk dəfə Bakıda tətbiq olunacaq -

VAR poloya da gəlib çıxdı: İlk dəfə Bakıda tətbiq olunacaq -
12 Sentyabr, 2019
3 2 2121

Bu yarış Azərbaycanda ənənəvi hal alıb. VII Arena Polo Dünya Kubokunu gələn il Bakıda təşkil ediləcək polo üzrə Avropa çempionatına son hazırlıq kimi də dəyərləndirmək olar. 

Oxu.Az xəbər verir ki, bunu Atçılıq Federasiyasının vitse-prezidenti Bəhruz Nəbiyev deyib.

Sabahdan Binə Atçılıq Mərkəzində VII Arena Polo Dünya Kuboku start götürəcək. Nəbiyev hazırlıq prosesindən danışıb:

Atlar komandalara federasiya tərəfindən veriləcək. Bu, püşk yolu ilə seçiləcək. Ümid edirik ki, yarışda komandamız uğurlu nəticə qazanacaq. Bu səbəbdən Argentinadan təcrübəli məşqçi Raul Laplaseti də son hazırlıq üçün Bakıya dəvət etmişik”. 

O bildirib ki, poloda ilk dəfə VAR sistemi Azərbaycanda tətbiq olunacaq:

Futboldakı kimi, burada da VAR sistemi tətbiq olunacaq. Bununla da hakimlərin idarəetməsində şübhə yaranarsa, videotəkrara baxılacaq və yekunda düzgün qərar qəbul ediləcək”. 

Ardınca çıxış edən Dünya Polo Klubunun prezidenti Reto Qaudenzi yenidən Azərbaycana gəldikləri üçün şad olduqlarını vurğulayıb:

Ölkəniz növbəti dəfə bu yarışa ev sahibliyi edir. İnanırıq ki, Dünya Kuboku gərgin mübarizə şəraitində keçəcək və təşkilatçılıq əvvəlki kimi yüksək səviyyədə olacaq”. 

Daha sonra komandaların və oyunçuların təqdimatı keçirilib. 

Qeyd edək ki, sentyabrın 13-15-də keçiriləcək Dünya Kubokunda Azərbaycan, Rusiya, Almaniya və İsveçrə klubları mübarizə aparacaqlar.

İlk oyun Azərbaycanı təmsil edən “Elite Horse & Polo Club Baku” və İsveçrə “Evviva Polo Club St. Moritz”i arasında olacaq. Günün ikinci görüşündə “Los Nocheros Polo Club Münster” (Almaniya) “Planernaya Polo Club Moscow” (Rusiya) klubunu sınağa çəkəcək.




ƏvvəlkiNövbəti

Qeyd: oxu.az -dan da istifadə olunub.



dünyada ve Azerbaycanda bas vermis en sonxeberler en son xeberler 2019 xeberler 2019

den xeberdar olmaq isdeyirsinizse xeber.im saytina daxil olub, en yeni xeberler haqqinda melumat toplaya bilersiniz. Xeber.im size her gün yeni xeberler , en son xeberler,

Azerbaycan xeberleri, dünya xeberleri

teqdim edir. gundelik olaraq her an bas vermis hadiselerden isti isti xeber tutacaqsiniz. En yeni xeberleri ilk olaraq xeber.im-den oxuya bilersiniz.

Tek Azerbaycan xeberleri ile deyil dünya xeberleri

ilede qarsinizdayiq elbetdeki. Bir xeber sayti olaraqdan meqsedimiz ve vezifemiz sizi en son xeberlerle melumatlandurmaq ve mariflendirmekdir. sou biznes xeberleri, siyaset xeberleri, maraqli-xeberler, dunya-xeberleri, idman-xeberleri, cemiyyet-xeberleri, kriminal-xeberleri, iqtisadiyyat xeberleri, avto moto xeberleri, ikt-xeberleri informasiya texnologiya xeberleri az, medeniyyet xeberleri, turizm-xeberleri, muharibe-xeberleri