xeber.im | Azərbaycan şirkətləri üçün Rusiya bazarında fəaliyyət göstərmək daha asandır - RƏY

Azərbaycan şirkətləri üçün Rusiya bazarında fəaliyyət göstərmək daha asandır - RƏY

Azərbaycan şirkətləri üçün Rusiya bazarında fəaliyyət göstərmək daha asandır - RƏY
05 Oktyabr, 2019
88 2 3713

Prezident İlham Əliyev Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışı zamanı Azərbaycan-Rusiya iqtisadi əlaqələrinə də diqqət çəkib.

Ölkə başçısı bildirib ki, Azərbaycanda Rusiya kapitallı 700-ə yaxın şirkət fəaliyyət göstərir.

Azərbaycan Rusiyada 1,2 milyard dollar, Rusiya Azərbaycanda 4,6 milyard dollar həcmində sərmayə qoyub. Burada biz geri qalırıq, lakin bunun obyektiv səbəbləri var. Onu da qeyd etmək istərdim ki, sənayeləşmə məsələsində Rusiya bankları bizə çox kömək edir. Onlar iqtisadiyyatın real sektorunda həyata keçirilən layihələr üçün təqribən 1 milyard dollar kredit ayırıblar”, - deyə Prezident əlavə edib.

Ölkə başçısının sözlərinə görə, ötən il 880 min rusiyalı Azərbaycana səfər edib:

Bu il onların sayı daha çoxdur. Sirr deyil ki, turistlər təkcə görməli yerlərə baxmaq və milli mətbəx təamlarını dadmaq üçün getmirlər. Onlar o yerə gedirlər ki, orada özlərini təhlükəsiz, rahat, öz evlərində olduğu kimi hiss edirlər. Zənnimcə, bu fakt turizmin sürətlə artmasına dəlalət edir”.

Azərbaycanın dövlət başçısı təhsil sahəsində böyük uğurlara da diqqət çəkib:

Artıq neçə ildir ki, Azərbaycanda Moskva Dövlət Universitetinin filialı, habelə Birinci Moskva Dövlət Tibb Universitetinin filialı fəaliyyət göstərir. Azərbaycanın bütün dövlət ali məktəblərində rus dili bölmələri var. Ölkəmizdə 25 min tələbə rus dilində təhsil alır. Təhsilin rus dilində olduğu 338 məktəbdə 130 min şagird də rus dilində oxuyur”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev Azərbaycan-Rusiya iqtisadi əlaqələrini xeber.im -a şərh edib.

Deputat bildirib ki, iki ölkə arasındakı ticarət əlaqələrinin perspektivini çox yüksək qiymətləndirir.

Azərbaycan Ermənistanı çıxmaq şərti ilə bütün dövlətlərlə əməkdaşlıq edir. Amma Rusiya bizim üçün çox vacib, strateji müttəfiqdir. Biz 200 ildir ki, bu və ya digər formada Rusiya ilə yaxın olmuşuq. Cənab Prezident də rus dilinin Azərbaycanda inkişafına diqqət çəkir. MDB məkanında ikinci bir belə ölkə yoxdur ki, Azərbaycan qədər rus dilinə, rus mədəniyyətinə, rus tarixinə diqqət ayırsın”, - deyə R.Quliyev söyləyib.

Parlamentarinin sözlərinə görə, Rusiya Azərbaycan üçün ən böyük ticarət partnyorudur:

Azərbaycan şirkətləri üçün Rusiya bazarında fəaliyyət göstərmək daha asandır. Azərbaycan məhsullarının Rusiya bazarlarında satışını həyata keçirmək onlar üçün daha əlverişlidir. Rusiyada təqribən üç milyona yaxın azərbaycanlı yaşayır. Buna görə də Rusiyadan Azərbaycana pul axını da var”.

Qeyd edək ki,  Rusiya Prezidenti Vladimir Putin  Soçidə Azərbaycanın dövlət başçısı İlham Əliyevlə keçirdiyi görüşdə ölkələr arasındakı iqtisadi əlaqələri yüksək qiymətləndirib.  

Rusiya lideri bildirib ki, ölkəsi ilə Azərbaycan arasında ticarət dövriyyəsi 2018-ci ildə 2.5 milyard dollar təşkil edib:

Bu sahədə yaxşı perspektivlərimiz var. İnanıram ki, irimiqyaslı layihələrin həyata keçirilməsini təmin etmək üçün əlimizdən gələni edəcəyik. Hökumətlərarası komissiya bunun üzərində olduqca inamla işləyir”.







Qeyd: oxu.az -dan da istifadə olunub.



dünyada ve Azerbaycanda bas vermis en sonxeberler en son xeberler 2019 xeberler 2019

den xeberdar olmaq isdeyirsinizse xeber.im saytina daxil olub, en yeni xeberler haqqinda melumat toplaya bilersiniz. Xeber.im size her gün yeni xeberler , en son xeberler,

Azerbaycan xeberleri, dünya xeberleri

teqdim edir. gundelik olaraq her an bas vermis hadiselerden isti isti xeber tutacaqsiniz. En yeni xeberleri ilk olaraq xeber.im-den oxuya bilersiniz.

Tek Azerbaycan xeberleri ile deyil dünya xeberleri

ilede qarsinizdayiq elbetdeki. Bir xeber sayti olaraqdan meqsedimiz ve vezifemiz sizi en son xeberlerle melumatlandurmaq ve mariflendirmekdir. sou biznes xeberleri, siyaset xeberleri, maraqli-xeberler, dunya-xeberleri, idman-xeberleri, cemiyyet-xeberleri, kriminal-xeberleri, iqtisadiyyat xeberleri, avto moto xeberleri, ikt-xeberleri informasiya texnologiya xeberleri az, medeniyyet xeberleri, turizm-xeberleri, muharibe-xeberleri