xeber.im | “Araz”ın dörd oyunçusunun Belçikaya buraxılmamasına münasibət: Bu çox üzücüdür

“Araz”ın dörd oyunçusunun Belçikaya buraxılmamasına münasibət: Bu çox üzücüdür

“Araz”ın dörd oyunçusunun Belçikaya buraxılmamasına münasibət: Bu çox üzücüdür
09 Oktyabr, 2019
62 2 2540

Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində Azərbaycan çempionu “Araz” ilk oyununu keçirəcək. 

xeber.im xəbər verir ki, Naxçıvan təmsilçisi Belçika çempionu “Hale-Qooik”lə qarşılaşacaq. 

Oyunöncəsi “Araz”ın baş məşqçisi Joze Alesio Da Silva azfutzal.az saytına açıqlama verib:

Bu turnirə tam fərqli hazırlaşmışdıq. Ancaq səfərə çıxan zaman fərqli, xoş olmayan “sürpriz”lə qarşılaşdıq. Dörd futzalçımıza viza verilmədi. Söhbət iranlı oyunçular – Hadi Əhmədi, Hadi Rizvan, Vahid Şəfi və Əmir Şücayidən gedir. Səfirliyə yarışla bağlı məktubu təqdim etsək də, qərar dəyişmədi.

Baş verənləri nəzərə alıb, digər planımızı reallaşdırmağa çalışacağıq. Əlbəttə, çətin olacaq, amma bacaracağımıza inanıram. Məşqdən əvvəl də uşaqlara dedim ki, əsas iki oyunu düşünməliyik və bu görüşlər üçün gücümüz var. Bu gün komandamızın üzərində təzyiq yoxdur ki, bu da rahat oynamağımıza imkan verəcək”.

Baş məşqçi futzalçılara vizanın verilməməsinin isə üzücü olduğunu, azarkeşlərə hörmətsizlik edildiyini vurğulayıb:

Dörd oyunçumuzun bizə qoşula bilməməsi çox üzücüdür. Onlar UEFA bayrağı altında keçirilən yarışda iştirak etməyi çox istəyirdilər. Əlbəttə, bu, Çempionlar Liqasının adına yaraşmadır. Təbii ki, bundan itirən futzal olacaq. Azarkeşlər ən azı maraqlı oyunlar izləmək şansından məhrum edildilər”.

Qeyd edək ki, sözügedən oyun bu gün Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Görüşü Xorvatiyadan Nikola Yeliç, Polşadan Damian Yaruçeviç və Moldovadan Viktor Buqenkodan ibarət hakimlər briqadası idarə edəcək.

2-ci qrupun ilk görüşündə saat 19:30-da isə Portuqaliyanın “Benfika” klubu Ukraynanın “Xerson” komandası ilə üz-üzə gələcək.







Qeyd: oxu.az -dan da istifadə olunub.



dünyada ve Azerbaycanda bas vermis en sonxeberler en son xeberler 2019 xeberler 2019

den xeberdar olmaq isdeyirsinizse xeber.im saytina daxil olub, en yeni xeberler haqqinda melumat toplaya bilersiniz. Xeber.im size her gün yeni xeberler , en son xeberler,

Azerbaycan xeberleri, dünya xeberleri

teqdim edir. gundelik olaraq her an bas vermis hadiselerden isti isti xeber tutacaqsiniz. En yeni xeberleri ilk olaraq xeber.im-den oxuya bilersiniz.

Tek Azerbaycan xeberleri ile deyil dünya xeberleri

ilede qarsinizdayiq elbetdeki. Bir xeber sayti olaraqdan meqsedimiz ve vezifemiz sizi en son xeberlerle melumatlandurmaq ve mariflendirmekdir. sou biznes xeberleri, siyaset xeberleri, maraqli-xeberler, dunya-xeberleri, idman-xeberleri, cemiyyet-xeberleri, kriminal-xeberleri, iqtisadiyyat xeberleri, avto moto xeberleri, ikt-xeberleri informasiya texnologiya xeberleri az, medeniyyet xeberleri, turizm-xeberleri, muharibe-xeberleri