xeber.im | Ekspert: Əli Əsədov Azərbaycanda investisiya mühitini yaxşılaşdıran islahatların müəllifi kimi tanınır

Ekspert: Əli Əsədov Azərbaycanda investisiya mühitini yaxşılaşdıran islahatların müəllifi kimi tanınır

Ekspert: Əli Əsədov Azərbaycanda investisiya mühitini yaxşılaşdıran islahatların müəllifi kimi tanınır
09 Oktyabr, 2019
55 2 3989

Əvvəllər prezidentin iqtisadi məsələlər üzrə köməkçisi vəzifəsini icra edən yeni Baş nazir Əli Əsədovun təyin edilməsi, çox güman ki, Azərbaycan rəhbərliyinin iqtisadi artımı sürətləndirmək və onun şaxələndirilməsini təmin etmək istəyi ilə əlaqədardır.

Bu fikirləri xeber.im -a açıqlamasında Rusiya Strateji Araşdırmalar İnstitutunun eksperti Konstantin Tasits deyib. 

Onun sözlərinə görə, 2015-2016-cı illərdə dünyada neftin qiymətinin düşməsi respublikaya ağır təsir göstərib – 2016-cı ildə Azərbaycanda ÜDM 3,1 faiz azalıb, milli valyuta devalvasiyaya uğrayıb. 

Ekspert qeyd edib ki, bu vəziyyət “büdcədəki neft gəlirlərinin payını azaltmaq üçün dar xammalın istehsal və ixracın istiqamətini dəyişdirmək zərurəti” yaradıb (qeyri-neft payını artırmaqla – red.).

Əli Əsədov Azərbaycanda investisiya mühitini yaxşılaşdıran islahatların müəlliflərindən biridir. Ümumdünya Bankı tərəfindən hazırlanan “Doing Business”in son hesabatında respublika 25-ci yerə qalxıb. Azərbaycan hökumətinin qarşısında qeyri-neft istehsalı sektorlarının daha fəal inkişafı hesabına sürətli iqtisadi artımın təmin edilməsi vəzifəsi duracaq”, - K.Tasits qeyd edib. 

Oktyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev Novruz İsmayıl oğlu Məmmədovun Baş nazir vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Əli Hidayət oğlu Əsədov Azərbaycan Respublikasının Baş naziri təyin edilib.







Qeyd: oxu.az -dan da istifadə olunub.



dünyada ve Azerbaycanda bas vermis en sonxeberler en son xeberler 2019 xeberler 2019

den xeberdar olmaq isdeyirsinizse xeber.im saytina daxil olub, en yeni xeberler haqqinda melumat toplaya bilersiniz. Xeber.im size her gün yeni xeberler , en son xeberler,

Azerbaycan xeberleri, dünya xeberleri

teqdim edir. gundelik olaraq her an bas vermis hadiselerden isti isti xeber tutacaqsiniz. En yeni xeberleri ilk olaraq xeber.im-den oxuya bilersiniz.

Tek Azerbaycan xeberleri ile deyil dünya xeberleri

ilede qarsinizdayiq elbetdeki. Bir xeber sayti olaraqdan meqsedimiz ve vezifemiz sizi en son xeberlerle melumatlandurmaq ve mariflendirmekdir. sou biznes xeberleri, siyaset xeberleri, maraqli-xeberler, dunya-xeberleri, idman-xeberleri, cemiyyet-xeberleri, kriminal-xeberleri, iqtisadiyyat xeberleri, avto moto xeberleri, ikt-xeberleri informasiya texnologiya xeberleri az, medeniyyet xeberleri, turizm-xeberleri, muharibe-xeberleri