xeber.im | Bakı polisindən deputatın metro ittihamlarına - CAVAB

Bakı polisindən deputatın metro ittihamlarına - CAVAB

Bakı polisindən deputatın metro ittihamlarına - CAVAB
09 Oktyabr, 2019
96 0 4199

Metrodan istifadə edən hər bir sərnişin bir neçə vizual, biometrik yoxlamadan keçməklə platformaya daxil olur. Elektron mühafizə şəbəkəsi vasitəsilə, eskalatorlarda, platformalarda, metro vaqonlarında belə sərnişinlərin təhlükəsizliyinə fasiləsiz nəzarət var.

Bunu  xeber.im -a Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev millət vəkili Aytən Mustafayevanın iddialarına cavab olaraq bildirib. 

E.Hacıyev qeyd edib ki, təhlükəsizliyin təmin edilməsi ilə bağlı metroda tətbiq edilən qabaqcıl metod, üsul və vasitələrin verdiyi imkanlar şübhəli şəxslərin aşkarlanması, habelə şübhə doğuran hərəkətlər dərhal qeydə alınmaqla müvafiq tədbirlərin görülməsini təmin edir. 

Xidmət rəisi “metroda yoxlamalar ciddi aparılmır. Məgər metroda polislər yoxdur?”, -  iddiasına cavab olaraq bildirib ki, günün pik saatlarında metroya çoxsaylı sərnişinin daxil olduğunu nəzərə alsaq, hər bir şəxsin üzərinə, çantasına xüsusi avadanlıq vasitəsilə baxış keçirilsə, orda yaranacaq sıxlığı təsəvvür etmək çətin deyil:

Dünyanın heç bir ölkəsində bu təcrübə yoxdur. Yalnız şübhə doğuran, yoxlanılması zəruri hesab edilən sərnişinlərin üzərinə baxış keçirilir”.

Xatırladaq ki, millət vəkili Aytən Mustafayeva Milli Məclisdə çıxışı zamanı metroda yoxlamaların ciddi aparılmadığını iddia etmişdi:

Bu gün metroda yoxlamalar ciddi aparılmır. Necə olur ki, şəxs metroya bıçaqla daxil olur?! Məgər metroda polislər yoxdur?! Onlar hara baxır?! Xahiş edirəm ki, bu məsələlərlə bağlı nəsə edək. Belə olmaz”.







Qeyd: oxu.az -dan da istifadə olunub.



dünyada ve Azerbaycanda bas vermis en sonxeberler en son xeberler 2019 xeberler 2019

den xeberdar olmaq isdeyirsinizse xeber.im saytina daxil olub, en yeni xeberler haqqinda melumat toplaya bilersiniz. Xeber.im size her gün yeni xeberler , en son xeberler,

Azerbaycan xeberleri, dünya xeberleri

teqdim edir. gundelik olaraq her an bas vermis hadiselerden isti isti xeber tutacaqsiniz. En yeni xeberleri ilk olaraq xeber.im-den oxuya bilersiniz.

Tek Azerbaycan xeberleri ile deyil dünya xeberleri

ilede qarsinizdayiq elbetdeki. Bir xeber sayti olaraqdan meqsedimiz ve vezifemiz sizi en son xeberlerle melumatlandurmaq ve mariflendirmekdir. sou biznes xeberleri, siyaset xeberleri, maraqli-xeberler, dunya-xeberleri, idman-xeberleri, cemiyyet-xeberleri, kriminal-xeberleri, iqtisadiyyat xeberleri, avto moto xeberleri, ikt-xeberleri informasiya texnologiya xeberleri az, medeniyyet xeberleri, turizm-xeberleri, muharibe-xeberleri