xeber.im | Bakıda pilotsuz uçuş aparatlarının hərəkətinin idarə edilməsi mərkəzi yaradılır -

Bakıda pilotsuz uçuş aparatlarının hərəkətinin idarə edilməsi mərkəzi yaradılır -

Bakıda pilotsuz uçuş aparatlarının hərəkətinin idarə edilməsi mərkəzi yaradılır -
09 Oktyabr, 2019
38 0 3652

Azərbaycanın milli aviadaşıyıcısı və Çinin yüksək texnoloji “Ehang Intelligent Equipment” şirkəti Heydər Əliyev Beynəlxalq Aeroportunda mülki pilotsuz uçuş aparatlarının (dronların) idarəedilməsi üçün vahid mərkəzin yaradılması barədə müqavilə imzalayıblar.

Müqavilə oktyabrın 9-da Bakıda AZAL prezidenti Cahangir Əsgərov və “Ehang Intelligent Equipment” şirkətinin prezidenti Huazhi Hu tərəfindən imzalanıb.

Pilotsuz nəqliyyat vasitələrinin istifadəsində müşahidə olunan aktiv artım ən çox diqqət cəlb edən qlobal tendensiyalardan biridir. Dronların geniş tətbiqi müasir dünyada mühüm rol oynayır. Bu baxımdan mülki aviasiya üçün PUA-lardan istifadənin təhlükəsizliyi əsas məsələdir”, –  Cahangir Əsgərov bildirib.

Mərkəzin prioritet vəzifəsi dronların aerodromun ərazisinə icazəsiz daxil olmasının qarşısını almaqdır, çünki dronların nisbətən aşağı hündürlükdə uçması və hətta uçuş-enmə zolağının ərazisinə daxil ola bilməsi təhlükə yarada bilər. 

Mülki təyyarələrin PUA-lar ilə  toqquşmasının qarşısını almaq üçün ilk dəfə olaraq yeni mərkəz Azərbaycanın hava hərəkətinə nəzarət sistemi ilə birləşdiriləcək.

Mərkəz həmçinin aerodromların dizaynında və aeronaviqasiya xəritələrinin hazırlanması zamanı vacib olan 3D xəritəçəkmə və relyefin skan edilməsi funksiyalarına malikdir.

Komanda mərkəzinin veb əlavəsində lazım olduğu təqdirdə PUA-ların və onların pilotlarının qeydiyyatı, sertifikasiya sənədləri və uçuşların həyata keçirilməsinə icazə verilməsi barədə məlumatlar yer alacaq.

Ehang” şirkəti eyni zamanda Azərbaycan Milli Aviasiya Akademiyasında yeni mütəxəssislərin hazırlanması və  gələcəkdə xarici tələbələrin cəlb edilməsi ilə PUA-ların idarəedilməsi simulyator kompleksinin texniki bazasını təchiz etmək təşəbbüsü ilə çıxış edib.

Azərbaycan Hava Yolları” QSC-nin nəzdindəki AZANS Hava Hərəkəti İdarəsinin Azərbaycanın hava məkanında uçuşların təhlükəsizliyini təmin edir. AZANS hər gün 500-dən çox təyyarəyə xidmət göstərir ki, bunlardan da 300-ü Azərbaycan üzərindən keçən tranzit reyslərin payına düşür.

Ehang Intelligent Equipment” – pilotsuz uçuş aparatları üçün platforma işləyib hazırlayan aparıcı şirkətdir. Müxtəlif sektorlardan müştəriləri PUA-lar və kommersiya həlləri ilə təmin edir.







Qeyd: oxu.az -dan da istifadə olunub.



dünyada ve Azerbaycanda bas vermis en sonxeberler en son xeberler 2019 xeberler 2019

den xeberdar olmaq isdeyirsinizse xeber.im saytina daxil olub, en yeni xeberler haqqinda melumat toplaya bilersiniz. Xeber.im size her gün yeni xeberler , en son xeberler,

Azerbaycan xeberleri, dünya xeberleri

teqdim edir. gundelik olaraq her an bas vermis hadiselerden isti isti xeber tutacaqsiniz. En yeni xeberleri ilk olaraq xeber.im-den oxuya bilersiniz.

Tek Azerbaycan xeberleri ile deyil dünya xeberleri

ilede qarsinizdayiq elbetdeki. Bir xeber sayti olaraqdan meqsedimiz ve vezifemiz sizi en son xeberlerle melumatlandurmaq ve mariflendirmekdir. sou biznes xeberleri, siyaset xeberleri, maraqli-xeberler, dunya-xeberleri, idman-xeberleri, cemiyyet-xeberleri, kriminal-xeberleri, iqtisadiyyat xeberleri, avto moto xeberleri, ikt-xeberleri informasiya texnologiya xeberleri az, medeniyyet xeberleri, turizm-xeberleri, muharibe-xeberleri