xeber.im | Polşa Azərbaycanlıları Assosiasiyasının mərkəzi ofisinin açılışı olub -

Polşa Azərbaycanlıları Assosiasiyasının mərkəzi ofisinin açılışı olub -

Polşa Azərbaycanlıları Assosiasiyasının mərkəzi ofisinin açılışı olub -
13 Oktyabr, 2019
14 0 1662

Polşa Azərbaycanlıları Assosiasiyasının mərkəzi ofisinin açılışı olub.  

xeber.im xəbər verir ki, açılış mərasimində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənov iştirak edib. 

Assosiasiyanın rəhbəri Xəlil Həsənov qonaqları ofislə tanış edib, görüləcək işlər və qarşıda duran vəzifələrlə bağlı ətrafl məlumat verib. Bildirib ki, əsas məqsəd Polşada yaşayan azərbaycanlıları bir araya gətirmək və fəaliyyətlərini mərkəzləşdirməkdir. 

Polşa Azərbaycanlıları Assosiasiyası 2019-cu ildə paytaxt Varşavada təsis edilib və öz ətrafında əsasən Polşada yaşayan azərbaycanlı iş adamlarını birləşdirir. 

Mərkəzi ofisin açılışından sonra buraya toplaşan azərbaycanlı iş adamları ilə görüş keçirilib. 

Komitə sədri Polşa Azərbaycanlıları Assosiasiyasının əhəmiyyətindən danışıb və azərbaycanlıların birləşməsi üçün onun fəaliyyətini vacib saydığını vurğulayıb. O, çıxışında Polşada yaşayan azərbaycanlılar, onların yaratdıqları təşkilatlar haqqında danışıb, eyni zamanda ehtiyac olacağı təqdirdə burada da həftəsonu Azərbaycan məktəblərinin açılmasına Komitənin dəstək olacağını qeyd edib. uradov bildirib ki, xaricdə yaşayan hər bir soydaşımız Komitənin diqqətindədir. 

Tədbir iştirakçılarına Azərbaycan Diasporuna Dəstək Fondu haqqında fondun icraçı direktoru Elşad Əliyev geniş məlumat verib. 

Həsən Həsənov mərkəzi ofisin açılışı münasibətilə təbriklərini çatdıraraq bildirib ki, səfirlik Polşada yaşayan azərbaycanlıların birgə fəaliyyəti, cəmiyyətə inteqrasiya olunmaları işində Polşa Azərbaycanlıları Assosiasiyası ilə əməkdaşlığa hazırdır. 

Səfir Komitə sədrinin Polşaya səfərini yüksək qiymətləndirib, bu ölkədə təhsil alan, yaşayıb çalışan azərbaycanlılıların sayının getdikcə artdığını, artıq 200-ə yaxın azərbaycanlının Polşa Respublikasının vətəndaşı olduğunu diqqətə çatdırıb. 

Sonda uradov Polşa Azərbaycanlıları Assosiasiyasına tarix və mədəniyyətimizi təbliğ edən kitablar bağışlayıb. 

Görüş geniş fikir mübadiləsi ilə yekunlaşıb.







Qeyd: oxu.az -dan da istifadə olunub.



dünyada ve Azerbaycanda bas vermis en sonxeberler en son xeberler 2019 xeberler 2019

den xeberdar olmaq isdeyirsinizse xeber.im saytina daxil olub, en yeni xeberler haqqinda melumat toplaya bilersiniz. Xeber.im size her gün yeni xeberler , en son xeberler,

Azerbaycan xeberleri, dünya xeberleri

teqdim edir. gundelik olaraq her an bas vermis hadiselerden isti isti xeber tutacaqsiniz. En yeni xeberleri ilk olaraq xeber.im-den oxuya bilersiniz.

Tek Azerbaycan xeberleri ile deyil dünya xeberleri

ilede qarsinizdayiq elbetdeki. Bir xeber sayti olaraqdan meqsedimiz ve vezifemiz sizi en son xeberlerle melumatlandurmaq ve mariflendirmekdir. sou biznes xeberleri, siyaset xeberleri, maraqli-xeberler, dunya-xeberleri, idman-xeberleri, cemiyyet-xeberleri, kriminal-xeberleri, iqtisadiyyat xeberleri, avto moto xeberleri, ikt-xeberleri informasiya texnologiya xeberleri az, medeniyyet xeberleri, turizm-xeberleri, muharibe-xeberleri