xeber.im | Robert Koçaryan: Ermənistan boş şüarlar və qeyri-müəyyən xarici oriyentirlərə məhkumdur

Robert Koçaryan: Ermənistan boş şüarlar və qeyri-müəyyən xarici oriyentirlərə məhkumdur

Robert Koçaryan: Ermənistan boş şüarlar və qeyri-müəyyən xarici oriyentirlərə məhkumdur
08 Noyabr, 2019
24 1 1235

Hazırda həbsdə olan Ermənistanın sabiq prezidenti Robert Koçaryan bildirib ki, konseptual inkişaf proqramı olmayan Ermənistan boş şüarlar və qeyri-müəyyən xarici oriyentirlərə məhkumdur. 

AZƏRTAC xəbər verir ki, dəftərxanası vasitəsilə “Sputnik Armenia” agentliyinə müsahibə verən Koçaryan sürətlə dəyişən qlobal siyasi proseslər fonunda ermənilərin gələcəyi ilə bağlı bədbin proqnozlar verib.

Koçaryan qeyd edib ki, son aylar NATO-nun etirazlarına rəğmən Türkiyənin Şimali Suriyada hərbi əməliyyatlar aparması və Rusiya ilə birgə hərəkət etməsi, habelə Moskvanın keçirdiyi Afrika sammiti yeni çoxqütblü dünyanın formalaşdığını göstərir. Paşinyan hökumətinin terrorçu reputasiyası olan “Sasna tsrer” təşkilatından dəstək almasını pisləyən keçmiş dövlət başçısı Rusiya ilə Qərbin arasında mövqesiz və qeyri-müəyyən siyasi reveransın da təhlükəli olduğuna işarə edib. Hökumət üzvlərini Vaşinqtondan qrant almaqda ittiham edən sabiq prezident vurğulayıb ki, Rusiyanın hərbi bazasının Ermənistandan çıxarılmasını istəyənlər ermənilərin məhv olacağı təhlükəsini nəzərə almırlar. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən Türkdilli Ölkələrin Sammitində Zəngəzurun Azərbaycan torpaqları olması barədə sözləri də təsadüfən söylənilməyib. “Bu, türk xalqlarının məskunlaşdığı ərazilərin davalı olmasına doğru atılmış bir addımdır”, -deyə Koçaryan əlavə edib. O, həmçinin qeyd edib ki, son illər daha da güclənən Türkiyə-Azərbaycan münasibətləri Ermənistanın və Dağlıq Qarabağda qondarma rejimin gələcəyi üçün təhlükədir.

Sabiq prezident Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın bu yaxınlarda BBC telekanalına verdiyi müsahibəni də rüsvayçı adlandırıb. Əlavə edib ki, Paşinyan hökumətinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda mövqeyi getdikcə zəifləyir. “Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə!” bəyanatı bizi danışıqlarda yenidən dövlətlərin ərazi bütövlüyü prinsipinə qaytarıb. Bu, çox səhv addım idi... Ermənistan rəhbərliyinin ziddiyyətli bəyanatları, nizamlanma prosesində aydın ifadə edilən mövqe olmaması erməni tərəfinin konstruktivliyini şübhə altına qoyub. Həmsədrlərin bəyanatlarında da bunu görmək mümkündür”, - deyə Koçaryan vurğulayıb. O əlavə edib ki, bütün bunlar Azərbaycana danışıqların mənasız olması iddiası irəli sürərək hərbi əməliyyatlar vasitəsilə ərazi bütövlüyünü bərpa etmək hüququ verir.

Koçaryan Qarabağ erməniləri ilə Ermənistan elitası arasında münasibətlərin gərgin olduğunu da diqqətə çatdırıb. O iddia edib ki, Ermənistanda büdcədən müdafiə xərclərinə ayrılan vəsaitin də 20 faiz azaldılması hökumətin əlacsız olmasının göstəricisidir.







Qeyd: oxu.az -dan da istifadə olunub.



dünyada ve Azerbaycanda bas vermis en sonxeberler en son xeberler 2019 xeberler 2019

den xeberdar olmaq isdeyirsinizse xeber.im saytina daxil olub, en yeni xeberler haqqinda melumat toplaya bilersiniz. Xeber.im size her gün yeni xeberler , en son xeberler,

Azerbaycan xeberleri, dünya xeberleri

teqdim edir. gundelik olaraq her an bas vermis hadiselerden isti isti xeber tutacaqsiniz. En yeni xeberleri ilk olaraq xeber.im-den oxuya bilersiniz.

Tek Azerbaycan xeberleri ile deyil dünya xeberleri

ilede qarsinizdayiq elbetdeki. Bir xeber sayti olaraqdan meqsedimiz ve vezifemiz sizi en son xeberlerle melumatlandurmaq ve mariflendirmekdir. sou biznes xeberleri, siyaset xeberleri, maraqli-xeberler, dunya-xeberleri, idman-xeberleri, cemiyyet-xeberleri, kriminal-xeberleri, iqtisadiyyat xeberleri, avto moto xeberleri, ikt-xeberleri informasiya texnologiya xeberleri az, medeniyyet xeberleri, turizm-xeberleri, muharibe-xeberleri