xeber.im | Oqtay Gülalıyevi süni nəfəs aparatından ayırıblar

Oqtay Gülalıyevi süni nəfəs aparatından ayırıblar

Oqtay Gülalıyevi süni nəfəs aparatından ayırıblar
08 Noyabr, 2019
77 0 4860

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin son durumu açıqlanıb.

Hüquq müdafiəçisinin oğlu Təbriz Gülalıyev APA-ya bildirib ki, atasının durumu hələ də ağırdır:

Süni nəfəs aparatından ayrılmasına baxmayaraq, koma vəziyyətindədir. Həkimlər tezliklə ayılacağına dair söz deməyiblər. Daxili orqanlarında heç bir zərər olmadığı üçün özünün nəfəs alması normaldır. Əsas baş nahiyəsində olan ağır zədələrdir. Bununla bağlı heç bir irəliləyiş yoxdur”.

Qeyd edək ki, Oqtay Gülalıyev oktyabrın 29-u saat 17:20 radələrində 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən zaman vurulub. Oktyabrın 30-da “City Hospital”da O.Gülalıyev üzərində cərrahiyyə əməliyyatı keçirilib.

Onun müalicəsi Respublika Neyrocərrahiyyə Xəstəxanasında davam etdirilib.

Heydər Əliyev Fondu Oqtay Gülalıyevin müalicəsini üzərinə götürüb. Ailəsinin müraciəti nəzərə alınaraq, koma vəziyyətində olan Oqtay Gülalıyevin müalicəsinə dəstək baxımından xaricdən mütəxəssislər cəlb olunub.

İstanbuldan dəvət olunmuş həkim Oqtay Gülalıyevin vəziyyəti ilə yerində tanış olub. Ailəsi Oqtay Gülalıyevin müalicəsinin Türkiyədə davam etdirilməsinə qərar verdiyindən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, onun Türkiyəyə aparılması üçün xüsusi ambulans təyyarə ayrılıb.

Oqtay Gülalıyevin səhhəti ilə bağlı bundan sonra da yaranan bütün zəruri məsələlərin Heydər Əliyev Fondunun prezidentinin nəzarətində saxlanılacağı və müvafiq dəstəyin göstəriləcəyi bildirilib. 

O, noyabrın 6-da səhər saatlarında xüsusi ambulans təyyarə ilə İstanbula yola salınıb və orada Avrasiya Xəstəxanasına yerləşdirilib.







Qeyd: oxu.az -dan da istifadə olunub.



dünyada ve Azerbaycanda bas vermis en sonxeberler en son xeberler 2019 xeberler 2019

den xeberdar olmaq isdeyirsinizse xeber.im saytina daxil olub, en yeni xeberler haqqinda melumat toplaya bilersiniz. Xeber.im size her gün yeni xeberler , en son xeberler,

Azerbaycan xeberleri, dünya xeberleri

teqdim edir. gundelik olaraq her an bas vermis hadiselerden isti isti xeber tutacaqsiniz. En yeni xeberleri ilk olaraq xeber.im-den oxuya bilersiniz.

Tek Azerbaycan xeberleri ile deyil dünya xeberleri

ilede qarsinizdayiq elbetdeki. Bir xeber sayti olaraqdan meqsedimiz ve vezifemiz sizi en son xeberlerle melumatlandurmaq ve mariflendirmekdir. sou biznes xeberleri, siyaset xeberleri, maraqli-xeberler, dunya-xeberleri, idman-xeberleri, cemiyyet-xeberleri, kriminal-xeberleri, iqtisadiyyat xeberleri, avto moto xeberleri, ikt-xeberleri informasiya texnologiya xeberleri az, medeniyyet xeberleri, turizm-xeberleri, muharibe-xeberleri