xeber.im | Anyes özünü Boliviyanın rəhbəri elan etdi – Bütün rəhbər şəxslərin istefasının nəticəsi

Anyes özünü Boliviyanın rəhbəri elan etdi – Bütün rəhbər şəxslərin istefasının nəticəsi

Anyes özünü Boliviyanın rəhbəri elan etdi – Bütün rəhbər şəxslərin istefasının nəticəsi
13 Noyabr, 2019
18 2 3374

Boliviya parlamentinin senatorlar palatasının ikinci vitse-spikeri Janin Anyes Evo Morales prezident vəzifəsindən istefa verdikdən sonra dövlət başçısı vəzifəsini öz üzərinə götürüb.

TASS qeyd edir ki, bu barədə o, çərşənbə axşamı Parlamentin iclasında bildirib.

Mən Konstitusiyaya müvafiq olaraq dərhal dövlət başçısı vəzifəsini öz üzərimə götürürəm”, - deyə Anyes elan edib.

Onun sözlərinə əsasən, “mümkün qədər tez prezident seçkiləri keçirməyə hazırlaşır”. 

Xatırladaq ki, noyabın 10-da bütün ölkə rəhbərliyi - Boliviya prezidenti Evo Morales, vitse-prezident Alvaro Qarsia Linera, eləcə də konstitusiyaya əsasən, ölkədə üçüncü rəhbər şəxs olan Senatının spikeri Adriana Salvatyerra istefa verib.

Prezident və vitse-prezident istefaya gedərsə, Konstitusiyaya əsasən, Senatorlar Palatasının sədri ölkəyə rəhbərlik etməlidir. Əgər o da öz vəzifəsindən gedirsə, dövlətə müvəqqəti olaraq Deputatlar Palatasının sədri başçılıq edir, lakin Adriana Salvatyerra və Viktor Borda da istefa veriblər. Hakimiyyətin ötürülməsinin sonrakı qaydası Boliviya qanunlarında yazılmayıb. Buna baxmayaraq, Anyes bəyan etmişdi ki,  prezident vəzifəsinin icrasını öz üzərinə götürəcək, çünki o, Salvatyerra və onun birinci müavininin istefasından sonra yuxarı palatanın sədrinin yerini tutmalıdır.







Qeyd: oxu.az -dan da istifadə olunub.



dünyada ve Azerbaycanda bas vermis en sonxeberler en son xeberler 2019 xeberler 2019

den xeberdar olmaq isdeyirsinizse xeber.im saytina daxil olub, en yeni xeberler haqqinda melumat toplaya bilersiniz. Xeber.im size her gün yeni xeberler , en son xeberler,

Azerbaycan xeberleri, dünya xeberleri

teqdim edir. gundelik olaraq her an bas vermis hadiselerden isti isti xeber tutacaqsiniz. En yeni xeberleri ilk olaraq xeber.im-den oxuya bilersiniz.

Tek Azerbaycan xeberleri ile deyil dünya xeberleri

ilede qarsinizdayiq elbetdeki. Bir xeber sayti olaraqdan meqsedimiz ve vezifemiz sizi en son xeberlerle melumatlandurmaq ve mariflendirmekdir. sou biznes xeberleri, siyaset xeberleri, maraqli-xeberler, dunya-xeberleri, idman-xeberleri, cemiyyet-xeberleri, kriminal-xeberleri, iqtisadiyyat xeberleri, avto moto xeberleri, ikt-xeberleri informasiya texnologiya xeberleri az, medeniyyet xeberleri, turizm-xeberleri, muharibe-xeberleri