xeber.im | BƏƏ səfiri ölkəsinin yaranması ildönümündə Azərbaycanla əlaqələri yüksək qiymətləndirdi

BƏƏ səfiri ölkəsinin yaranması ildönümündə Azərbaycanla əlaqələri yüksək qiymətləndirdi

BƏƏ səfiri ölkəsinin yaranması ildönümündə Azərbaycanla əlaqələri yüksək qiymətləndirdi
02 Dekabr, 2019
87 1 4866

Bu gün Bakıda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) yaranmasının 48-ci ildönümü qeyd edilib. Oxu.Az-ın məlumatına görə, tədbirdə çıxış edən BƏƏ-nin Azərbaycandakı səfiri Mohamed Alqubaisi deyib ki, BƏƏ hər zaman sülh və əməkdaşlıq təşəbbüslərini dünyaya çatdırmaq üçün fəaliyyət göstərib. O bildirib ki, ölkəsi dünyanın müxtəlif dövlətləri ilə dostluq və yüksək səviyyəli münasibətlər qurmağa can atır.

M.Alqubaisi söyləyib ki, BƏƏ pasportunun indeksinin güclənməsi və “Pasport indeksi” göstəricilərinə görə liderliyini davam etdirməsi ölkəsinin diplomatiyasının əldə etdiyi ən böyük uğurlardan biridir.

Səfir BƏƏ ilə Azərbaycan arasındakı əlaqələrdən də söz açıb. Onun sözlərinə görə, BƏƏ ilə Azərbaycan arasındakı əməkdaşlıq, yüksək səviyyəli ikitərəfli münasibətlər qarşılıqlı hörmət əsasında qurulub.

Hər iki dövlət başçısının qarşılıqlı səfərləri, davamlı şəkildə artan ticari, iqtisadi və mədəni mübadilənin səviyyəsi, həmçinin BƏƏ-dən gələn turistlərin sayının artması ikitərəfli əlaqələrin müxtəlif sahələrdə güclənməsinə dəlalət edir,” - deyə səfir əlavə edib.

Diplomat qeyd edib ki, bu göstəricilər və nailiyyətlər iki ölkə arasında mövcud əlaqələrin inkişafına töhfə verən birgə səylərin nəticəsidir.







Qeyd: oxu.az -dan da istifadə olunub.



dünyada ve Azerbaycanda bas vermis en sonxeberler en son xeberler 2019 xeberler 2019

den xeberdar olmaq isdeyirsinizse xeber.im saytina daxil olub, en yeni xeberler haqqinda melumat toplaya bilersiniz. Xeber.im size her gün yeni xeberler , en son xeberler,

Azerbaycan xeberleri, dünya xeberleri

teqdim edir. gundelik olaraq her an bas vermis hadiselerden isti isti xeber tutacaqsiniz. En yeni xeberleri ilk olaraq xeber.im-den oxuya bilersiniz.

Tek Azerbaycan xeberleri ile deyil dünya xeberleri

ilede qarsinizdayiq elbetdeki. Bir xeber sayti olaraqdan meqsedimiz ve vezifemiz sizi en son xeberlerle melumatlandurmaq ve mariflendirmekdir. sou biznes xeberleri, siyaset xeberleri, maraqli-xeberler, dunya-xeberleri, idman-xeberleri, cemiyyet-xeberleri, kriminal-xeberleri, iqtisadiyyat xeberleri, avto moto xeberleri, ikt-xeberleri informasiya texnologiya xeberleri az, medeniyyet xeberleri, turizm-xeberleri, muharibe-xeberleri