xeber.im | İnsanı öldürən insanlığı yaşadan ziyanlı vərdişlər

İnsanı öldürən insanlığı yaşadan ziyanlı vərdişlər

İnsanı öldürən insanlığı yaşadan ziyanlı vərdişlər
02 Dekabr, 2019
76 1 3576

Aqşin Yenisey yazır...

Bu yaxınlarda Bakıya Knulpsayağı səfərim zamanı əhvalımın qəfildən pisləşməsi yuxusuzluqdan çəkdiyim əziyyəti də şiddətləndirdi və yuxu dərmanlarının təsiri haqqında psixiatr dostum Orxan Fərəcli ilə söhbətimizdə doktor “yaradıcı adamlar, dahilər niyə ziyanlı vərdişlərə meyilli olur, sənə görə bunun səbəbləri nədir?” deyə bir sualla məsələni bir az da böyütdü.

Hiss etdim ki, doktor məndən kitab cümlələri istəmir, üstəgəl, dahi də deyiləm ki, suala öz mövhumatımın sirlər xəzinəsindən bir inci tapıb verim. Odur ki, bu suala Freydin Dostoyevski haqqında yazdığı “Dostoyevski və ata qatilliyi” adlı psixo-analitik yazısında daha ətraflı cavab verdiyini söyləməklə canımı qurtardım. Amma sualın təsiri Ankaraya qayıtdığım yol boyunca qarabaqara arxamca gəldi; yaradıcı adamlar niyə ziyanlı vərdişlərə meyilli olur? 

Niyə Dostoyevski mitili çıxana qədər qumar oynayırdı, Qoqolu əyyaş edən, aclıq içində öldürən şeyin adı nə idi? Heminqueyə bütün günü spirt içirən dərdmi idi, həzmi? Hüqoya niyə elə gəlirdi ki, hər gün buzla dolu çəlləkdə çimsə, ölməyəcək? Eynşteyn niyə saçını kəsdirməkdən qorxurdu? Bethoveni hamama girməyə qoymayan gücün məqsədi nə idi? Dümanın şəhvət düşkünü olmasının səbəbi cinsi güclülükmü idi, psixi zəiflikmi?

O başqa söhbətin mövzusu ki, Dostoyevski qumar oynamasaydı, Qoqol əyyaş, Heminquey içki düşkünü olmasaydı, Hüqo hər gün buz dollu çəlləkdə çimməsəydi, həyat necə mənasız, dünya necə yoxsul bir yer olardı.

Bütün bu suallara ən gözəl (ixtisas sahəm olmadığı üçün “dəqiq” kəlməsini bilərəkdən yazmadım) cavabı Nitşedə tapmaq olar. Nitşe, sanki, psixiatr dostum Orxan Fərəcliyə mənim yerimə bu cavabı verir: “Yaradıcılığın üzə çıxması üçün şüurun ölməsi lazımdır”.

Nitşe bu sözlərlə həm də zamanının texniki tələbi olan peşəkarlıqla heç bir zaman anlayışı tanımayan dahiliyi bir-birindən ayıran sərhədi çəkir. Peşəkarlıq tamamilə şüur hadisəsi olduğu kimi, dahilik şüursuzluq, yəni şüurüstü, yaxud şüuraltı hadisədir. Peşəkarlığın məqsədi istifadəyə yararlılıq olduğu üçün məntiqi hesablamaya ehtiyacı var. Dahiliyin isə belə bir dərdi yoxdur.

XX əsr modernizm əsri olduğu üçün Qərb peşəkarlığa önəm verirdi. Peşəkarlaşma, ixtisaslaşma modernizmin əsas prinsiplərindən biri idi. Halbuki XX əsrdə Qərbdə yetişmiş dahilərin demək olar ki, hamısı bu prinsiplərdən qaçırdılar. Kafka həqiqəti metafizik xaosda axtarırdı, Herman Hesse zen-buddizmdə. Salvador Dali yuxularına müdaxilə edərək özünü dəliliklə ayıqlığın sərhədində saxlayırdı, bu sürrealistə elə gəlirdi ki, yuxuda ona vəhy gəlir.

Şərqin dahilərinə gəlincə, onlar, ümumiyyətlə, bütün dövrlərdə, hətta XX, XXI əsrdə də gözüyumulu yaşadılar. Bu gün də bizim yeni yetişən filosofların iddiaları bu yöndədir; gözünüzü açmayın, nə varsa, yuxularda, xəyallarda var. Şüur problemdir, bəladır. Biz isə kollektiv şüursuzluqdan əziyyət çəkirik. Fərdi şüurun “ölümü” nə qədər yaradıcı gücə malikdirsə, kollektiv şüursuzluq, sadəcə, xaosdur. Bizim dahilər fərdi olanı kollektivə təlqin etməklə Şərqi yüz illərdir düşdüyü bu mövhumi bataqlıqdan çıxmağa qoymurlar. 

Demək, “yaradıcı adamlar nə üçün ziyanlı vərdişlərə meyilli olur” sualına Nitşenin köməkliyi ilə ilk olaraq belə bir cavab tapırıq ki, onlar bu ziyanlı vərdişlərlərlə şüuru “öldürmək” istəyirlər. Onları maraqlandıran şey şüursuzluq mühitindədir ki, adi adamlar üçün oralar əlçatmazdır.

Freyd isə yaradıcı adamların bu “özəlliyini” xəstəlik hesab edirdi. Dostoyevski, Bethoven kimi sənətçilərin həyat və yaradıcılığını araşdıran Freyd bu nəticəyə gəlmişdi ki, bu tip adamlar nevrotik boşluqlarını doldurmaq üçün instinktlərini, xəyallarını, emosional güclərini səfərbər edirlər. Şüur onların psixi travmalarının öhdəsindən gəlməkdə acizdir, çünki bu travmalar, məsələn, qrip xəstəliyi kimi şüura tanış deyil. Freydə görə, bizim sənət dediyimiz şey bir dahinin özü üçün yazdığı “xəstəlik tarixçəsi”ndən başqa bir şey deyil.

Sənətçinin, dahinin (sənətə peşə kimi baxanların bu yazıya dəxli yoxdur) həyat hekayəsi, xarakteri və davranışları onun yaratmaq səbəblərinin arxasındakı qaraçuxasıdır. Freydə görə, Dostoyevskinin yaradıcılığının qaraçuxası atasına bəslədiyi nifrət idi. Dostoyevskinin atasının ölməsini istəməsi, amma bundan günahkarlıq hissi duyması “Karamazov qardaşları” romanında da öz əksini tapmışdı. Belə ki, yazılanlara inansaq, bu romanda  Fyodor Karamazov Dostoyevskinin atasının, Aleksey Karamazov isə özünün prototipi idi.

Freydə görə, bu çür nevroz xəstələrinin öz instinktləri ilə əlləşməsi onları reallıqlardan uzaqlaşmağa, bütün diqqətlərini xəyallarına, düşüncələrinə yönəltmələrinə səbəb olur ki, bu da onlarda adi insanlara xas olmayan xəyalpərəstlik, üsyankarlıq, vasvasılıq, oyunbazlıq, inadkarlıq, yekəxanalıq kimi  davranışlar şəklində üzə çıxır.

Dostoyevskidə bu hal özünə əzab vermə şəklində idi. Qumarda son qəpiyinə qədər uduzmaq ona əzab çəkməkdə kömək edirdi. Çünki əzab üçün bəhanəsi olurdu. Freyd əzabın insani bir təmizlənmənin, arınmanın mənbəyi olduğunu söyləyir. “Ağlamaq insanı yüngülləşdirir” kimi xalq deyimi də burdan qaynaqlanır. İnsan əzab çəkərkən, həm də başqalarının yerinə əzab çəkərkən mənəvi çirkabdan arınır, təmizlənir. Çəkdiyi əzab nə qədər böyük olarsa, arınma, təmizlənmə də bir o qədər dərin olur. Klassik Şərq fəlsəfəsi. Təsadüfi deyil ki, Dostoyevski yalnız bu arınmadan, təmizlənmədən sonra otururmuş yazı masası arxasında.

Buradan ikinci bir nəticəyə gəlirik ki, ziyanlı vərdişlər yaradıcı insanları, dahiləri əzaba düçar edir ki, bu da onların Budda kimi aydınlanmasına, arınmasına səbəb olur. Bu cür aydınlanmanın verdiyi mənəvi, psixi zövq, yaxud həzz o qədər güclü olur ki, dahilər onları aydınlığa çıxaran bu vərdişlərdən asılı vəziyyətə düşürlər. Mütəmadi aydınlanmaq, arınmaq istəyirlər. Bu hissi yaşamayan adamlara belə şeyləri çatdırmaq qeyri-mümkündür. Səbəbsiz əzablar içində çırpınan İsa peyğəmbər öz zamanında bir çoxları üçün, sadəcə, dəli, başdanxarabın biri idi. 

Dahiliyin, yaradıcılığın şüurla, zəka ilə bir o qədər də əlaqəsinin olmadığına aid qədim Yunanıstandan üzü bu yana bir xeyli araşdırmalar mövcuddur. NATO-da ABŞ hərbçisi kimi çalışan, daha sonra yaradıcılıq haqqında araşdırmalarla məşğul olan Maykl Mikalko “Yaradıcı dühanın sirləri” kitabında bununla bağlı konkret faktlara yer verir.

Belə ki, bu günəcən İQ səviyyəsi ən yüksək, 228 olan adam kimi tarixə düşən  amerikalı jurnalist-yazıçı Мerilin Vos Savant elm və sənət sahəsində heç bir yaradıcı uğurun müəllifi olmadı. Halbuki İQ səviyyəsi adi fizika müəllimlərindən də aşağı olan Riçard Feynman Kvant fizikasındakı kəşflərinə görə Nobel mükafatına layiq görüldü.

Bu cür faktların çoxluğu bizi yazının əvvəlində qoyduğumuz suala qarşılıq olaraq üçüncü bir cavaba gətirib çıxarır. Zəkadan uzaqlaşdıqca, dühaya yaxınlaşırsan. Ziyanlı vərdişlər şüur da daxil olmaqla fiziki olan hər şeyi zəiflətdiyi, xəyalın, duyğunun yolunu açdığı üçün yaradıcı adamlara cəbedici görünür.   

Ancaq bu sirri bilmələri bəzilərini yanlış yönə də aparıb çıxara bilir. Bəzi gənclər elə bilirlər ki, ziyanlı vərdişlərə qurşanmaqla dahi olacaqlar. Buna uyğun ən gözəl misalı isə Azərbaycan xalqı öz folklorunda Koroğlu və korun oğlu ifadələrinin fərqini izah etməklə göstərib. 







Qeyd: oxu.az -dan da istifadə olunub.



dünyada ve Azerbaycanda bas vermis en sonxeberler en son xeberler 2019 xeberler 2019

den xeberdar olmaq isdeyirsinizse xeber.im saytina daxil olub, en yeni xeberler haqqinda melumat toplaya bilersiniz. Xeber.im size her gün yeni xeberler , en son xeberler,

Azerbaycan xeberleri, dünya xeberleri

teqdim edir. gundelik olaraq her an bas vermis hadiselerden isti isti xeber tutacaqsiniz. En yeni xeberleri ilk olaraq xeber.im-den oxuya bilersiniz.

Tek Azerbaycan xeberleri ile deyil dünya xeberleri

ilede qarsinizdayiq elbetdeki. Bir xeber sayti olaraqdan meqsedimiz ve vezifemiz sizi en son xeberlerle melumatlandurmaq ve mariflendirmekdir. sou biznes xeberleri, siyaset xeberleri, maraqli-xeberler, dunya-xeberleri, idman-xeberleri, cemiyyet-xeberleri, kriminal-xeberleri, iqtisadiyyat xeberleri, avto moto xeberleri, ikt-xeberleri informasiya texnologiya xeberleri az, medeniyyet xeberleri, turizm-xeberleri, muharibe-xeberleri