Yusif Eyvazovla bağlı xəbər yalan çıxdı xeber.im

Yusif Eyvazovla bağlı xəbər yalan çıxdı

Yusif Eyvazovla bağlı xəbər yalan çıxdı
14 Yanvar, 2020
56 2 3770

Forumopera.com” xəbər portalı Azərbaycanın Xalq artisti Yusif Eyvazovla bağlı yaydığı məlumatı təkzib edib. “Qafqazinfo” xəbər verir ki, dünən məşhur tenor ifaçısının milliyətcə erməni soprano Ruzan Mantaşyanla siyasi səbəblərdən bir səhnədə çıxış etməkdən imtina etməsi barədə dərc etdiyi xəbərin doğru olmadığını qeyd edib.

Təkzib xəbərində bildirilib ki, tenor bu məsələdə heç vaxt kiçik irad səsləndirməyib və bu, anlaşılmazlıq ola bilər.

Y. Eyvazovun özü də sözügedən açıqlamanı instaqram səhifəsində paylaşıb. O, baş verənlər barədə danışıb: “Əziz dostlar, mən azərbaycanlıyam və Azərbaycanla Ermənistan arasındakı vəziyyətə dair tamamilə aydın bir fikir və düşüncəm var, amma siyasi görüşlərim heç vaxt peşəmə və səhnədəki fəaliyyətimə təsir etmir. Bolşoy Teatrda dəfələrlə Mariya Qule qina və Qevorq Akopyan ilə birlikdə səhnəyə çıxdığım buna sübutdur. Buna görə təsdiqlənmiş məlumatlara etibar edin və təxribat xarakterli informasiyaları bundan sonra yaymayın. Təxribata yol verməyin”.

Həmçinin konsertin keçiriləcəyi məkan- “Semper Opera Ball” da informasiyaların yanlış olduğunu vurğulayıb. Mərkəzin rəhbərliyi Y. Eyvazovun bu cür sövdələşməyə girmədiyini söyləyib. Həmçinin Ruzan Mantaşyanın fevralın 7-də “Opera Ball”da çıxışı üçün müqavilə imzalanmayıb.







Qeyd: qafqazinfo.az -dan da istifadə olunub.



sonxeberler en son xeberler 2019 xeberler 2019 xeber 2020 xeberler 2020, son xeber 2020, yeni xeber , xeber oxu

den xeberdar olmaq isdeyirsinizse xeber.im saytina daxil olub, en yeni xeberler haqqinda melumat toplaya bilersiniz. Xeber.im size her gün yeni xeberler , en son xeberler,

Azerbaycan xeberleri, dünya xeberleri

teqdim edir. gundelik olaraq her an bas vermis hadiselerden isti isti xeber tutacaqsiniz. En yeni xeberleri ilk olaraq xeber.im-den oxuya bilersiniz.

Tek Azerbaycan xeberleri ile deyil dünya xeberleri

ilede qarsinizdayiq elbetdeki. Bir xeber sayti olaraqdan meqsedimiz ve vezifemiz sizi en son xeberlerle melumatlandurmaq ve mariflendirmekdir. sou biznes xeberleri, siyaset xeberleri, maraqli-xeberler, dunya-xeberleri, idman-xeberleri, cemiyyet-xeberleri, kriminal-xeberleri, iqtisadiyyat xeberleri, avto moto xeberleri, ikt-xeberleri informasiya texnologiya xeberleri az, medeniyyet xeberleri, turizm-xeberleri, muharibe, kriminal-xeberleri