Səfər Mehdiyev Valeh Ələsgərovla görüşdü xeber.im

Səfər Mehdiyev Valeh Ələsgərovla görüşdü

Səfər Mehdiyev Valeh Ələsgərovla görüşdü
14 Yanvar, 2020
23 1 855

Bu gün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Ələt Azad İqtisadi Zonasının müvəqqəti idarəetmə qurumunun sədri Valeh Ələsgərovla görüşüb.

"Qafqazinfo" xəbər verir ki, geniş tərkibdə keçirilən görüşdə DGK sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, Komitənin aidiyyəti strukturlarının rəhbərləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov, "Garland İnternational" məsləhətçi şirkətinin nümayəndələri və digər rəsmi şəxslər iştirak edib.

Səfər Mehdiyev öncə gömrük sistemində həyata keçirilən islahatlardan bəhs edib. Səfər Mehdiyev onu da qeyd edib ki, coğrafi baxımdan Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri üzərində yerləşən ölkəmiz beynəlxalq ticarətdəki rolunu daha da artırır və bu baxımdan Azərbaycan xüsusilə region dövlətləri ilə bütün sahələrdə olduğu kimi, gömrük işinin təşkili istiqamətində də səmərəli və işgüzar münasibətlərin qurulmasına önəm verir.

Ələt Azad İqtisadi Zonasının müvəqqəti idarəetmə qurumunun sədri Valeh Ələsgərov son illər aparılan davamlı islahatların ölkəmizin iqtisadi qüdrətinin daha da güclənməsinə, eləcə də gömrük xidmətinin dinamik inkişafına təkan verdiyini bildirib. Diqqətə çatdırılıb ki, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri Azərbaycanı regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevirmək strategiyasının tərkib hissəsi olub və bu dəhlizlərin kəsişməsində yerləşən ölkəmiz tranzit imkanlarının genişləndirilməsində həlledici rol oynayır.

Sonra "Garland İnternational" məsləhətçi şirkətinin eksperti Coi Tobin Ələt Azad İqtisadi Zonasının baş plan konsepsiyasının təqdimatını keçirib.

Təqdimat başa çatdıqdan sonra bəzi məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib, görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.







Qeyd: qafqazinfo.az -dan da istifadə olunub.



sonxeberler en son xeberler 2019 xeberler 2019 xeber 2020 xeberler 2020, son xeber 2020, yeni xeber , xeber oxu

den xeberdar olmaq isdeyirsinizse xeber.im saytina daxil olub, en yeni xeberler haqqinda melumat toplaya bilersiniz. Xeber.im size her gün yeni xeberler , en son xeberler,

Azerbaycan xeberleri, dünya xeberleri

teqdim edir. gundelik olaraq her an bas vermis hadiselerden isti isti xeber tutacaqsiniz. En yeni xeberleri ilk olaraq xeber.im-den oxuya bilersiniz.

Tek Azerbaycan xeberleri ile deyil dünya xeberleri

ilede qarsinizdayiq elbetdeki. Bir xeber sayti olaraqdan meqsedimiz ve vezifemiz sizi en son xeberlerle melumatlandurmaq ve mariflendirmekdir. sou biznes xeberleri, siyaset xeberleri, maraqli-xeberler, dunya-xeberleri, idman-xeberleri, cemiyyet-xeberleri, kriminal-xeberleri, iqtisadiyyat xeberleri, avto moto xeberleri, ikt-xeberleri informasiya texnologiya xeberleri az, medeniyyet xeberleri, turizm-xeberleri, muharibe, kriminal-xeberleri