Azərbaycan Universitetinin kollektivi Şəhidlər Xiyabanını ziyarət edib lar xeber.im

Azərbaycan Universitetinin kollektivi Şəhidlər Xiyabanını ziyarət edib lar

Azərbaycan Universitetinin kollektivi Şəhidlər Xiyabanını ziyarət edib   lar
20 Yanvar, 2020
71 1 3126

Azərbaycan Universitetinin kollektivi Şəhidlər Xiyabanını ziyarət edib.

Qafqazinfo”nun məlumatına görə, Azərbaycan Universitetinin kollektivi 1990-cı il yanvarın 20-də baş vermiş faciənin otuzuncu ildönümündə Şəhidlər Xiyabanını ziyarət edib, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzüb, Şəhidlərimizin unudulmaz xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.

Ziyarətin ardından Universitetin tədris binasında keçirilən anım tədbirində Dövlət Himni səsləndirilib, 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Anım tədbirində qeyd olunub ki, 20 yanvar tarixi uzun illər yalnız hüzn və matəm günü kimi dəyərləndirilib və qeyd olunub. Unudulmamalıdır ki, 20 Yanvar həm də Azərbaycan xalqının milli-azadlıq mübarizəsi tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. 30 il bundan əvvəl baş verən faciəli günlərdə onlar sinələrini tankların qarşısına sipər edərək şəhidlik mərtəbəsinə ucalıblar. 

Anım tədbirində vurğulanıb ki, 20 Yanvar hadisələrinə ilk siyasi və hüquqi qiymət ümumilli liderimiz Heydər Əliyev tərəfindən verilib.  Ümummili lider 20 Yanvar faciəsindən bir gün sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək Azərbaycanda həyata keçirilən qanlı aksiyanı ifşa edib. Ümummilli liderin hakimiyyətə qayıtmasından sonra isə onun təşəbbüsü ilə Şəhidlər Xiyabanında “Əbədi məşəl” abidə-kompleksi ucaldılıb, imzaladığı Fərmanla 1990-cı il 20 Yanvar faciəsi zamanı şəhid olanlara “20 Yanvar Şəhidi” fəxri adı verilib.

Tədbirdə bildirilib ki, cənab Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir.







Qeyd: qafqazinfo.az -dan da istifadə olunub.



sonxeberler en son xeberler 2019 xeberler 2019 xeber 2020 xeberler 2020, son xeber 2020, yeni xeber , xeber oxu

den xeberdar olmaq isdeyirsinizse xeber.im saytina daxil olub, en yeni xeberler haqqinda melumat toplaya bilersiniz. Xeber.im size her gün yeni xeberler , en son xeberler,

Azerbaycan xeberleri, dünya xeberleri

teqdim edir. gundelik olaraq her an bas vermis hadiselerden isti isti xeber tutacaqsiniz. En yeni xeberleri ilk olaraq xeber.im-den oxuya bilersiniz.

Tek Azerbaycan xeberleri ile deyil dünya xeberleri

ilede qarsinizdayiq elbetdeki. Bir xeber sayti olaraqdan meqsedimiz ve vezifemiz sizi en son xeberlerle melumatlandurmaq ve mariflendirmekdir. sou biznes xeberleri, siyaset xeberleri, maraqli-xeberler, dunya-xeberleri, idman-xeberleri, cemiyyet-xeberleri, kriminal-xeberleri, iqtisadiyyat xeberleri, avto moto xeberleri, ikt-xeberleri informasiya texnologiya xeberleri az, medeniyyet xeberleri, turizm-xeberleri, muharibe, kriminal-xeberleri