Evli ola ola başqasını sevir Sevgi Romanı təqdim olundu xeber.im

Evli ola-ola başqasını sevir “Sevgi Romanı” təqdim olundu

Evli ola-ola başqasını sevir   “Sevgi Romanı” təqdim olundu
13 Fevral, 2020
2 1 4279

Dünən Nizami Kino Mərkəzində “Sevgi Romanı” filminin premyerası olub. xeber.im xəbər verir ki , dram janrında çəkilən ekran işinin baş qəhrəmanları Oksana Rəsulova və Şəhriyar Əbilovdur.

90 dəqiqəlik kinonun rejissorları Azər Quliyev, Nicat Muxtarov, ssenaristi isə Azər Aydəmirdir. 2 D formatında çəkilən filmin qalasında tanınmış kino xadimləri, şou-biznes üzvləri iştirak edib. Qaladan əvvəl isə O. Rəsulova “Qafqazinfo”ya danışaraq filmin uğur qazanacağını bildirib:

Biletlər və dəvətnamə üstündə qırğındı. Həmişə belə olur, sonra zalın yarısı qalaya gəlmir. “Mələyin Öpüşü” filmində bunun şahidi olmuşam. Çox istəyərəm ki, bu, yenidən yaşanmasın. Hər yerdə filmimizi müzakirə edirlər. Bu filmdə sevgidən çox təbliğat var. İstəyirik ki, məqsədimizə çataq və mesajlarımız ünvanına çatsın. Gənclər baxsın və başqalarının səhvini təkrarlamasınlar. Film bazarını komediya janrı tutub. Bizim maliyyə itkilərimiz var, amma dayanmırıq. Komediya janrında çəkənlər var. Fərqlənməyi hər zaman sevmişəm. Son iki ildə komediya reytinqli olmur. İnsanlarımız drama meyillidir. İnsanlar sevgi, həyəcan hiss edirlər. Yaşamadıqları hissləri filmlərdə görürlər. İnsanlar bu filmdə özlərini görəcəklər”.

Oksana Şəhriyar Əbilovla eyni layihədə yer almasının səbəbini də açıqlayıb: “Şəhriyar dostumdur, amma insanları bezdirəcək qədər bir arada görünmürük.”Lal Yuxu” serialında baş qəhrəman idik. İnsanlar bizi çox sevdi. Dedilər ki, çox yaraşırsız, mütləq bir film çəkin. Biz də istəkləri reallaşdırdıq”.

Filmin mövzusu isə belədir: Cəmilə (Oksana Rəsulova) varlı bir iş adamının qızıdır. O yalnış sevginin qurbanı olaraq, atasının iş ortağının oğlu Xanlara (Azər Aydəmir) ərə gedir. Böyük sevgi, məhəbbət göstərən Xanlar Cəmilənin atasının ölümündən sonra sərt üzünü göstərir və Cəmilənin həyatını cəhənnəmə çevirir. Bu əzaba dözməyən Cəmilə evdən qaçmağa qərar verir. Lakin Xanlar buna qəzəblənir və Cəmilənin təqibinə başlayır. Çünki Cəmilənin var-dövlətinin Xanların adına keçməsi üçün onun könüllü razılığı lazımdır.

Dünyada tək qaldığını sanan Cəmilənin köməyinə təsadüfən rastlaşdığı Eldar (Şəhriyar Əbilov) çatır. Cəmilə Eldarın bu fədakarlığı qarşısında ona aşiq olur. Lakin ortada həll olunmamış böyük problem var. Cəmilə faktiki ərdədir, təqiblər davam edir və Eldar da ona qoşularaq səfil həyatı sürür.

Fotolar: Nuran Məmmədov

video yüklənir...








Qeyd: qafqazinfo.az -dan da istifadə olunub.



sonxeberler en son xeberler 2019 xeberler 2019 xeber 2020 xeberler 2020, son xeber 2020, yeni xeber , xeber oxu

den xeberdar olmaq isdeyirsinizse xeber.im saytina daxil olub, en yeni xeberler haqqinda melumat toplaya bilersiniz. Xeber.im size her gün yeni xeberler , en son xeberler,

Azerbaycan xeberleri, dünya xeberleri

teqdim edir. gundelik olaraq her an bas vermis hadiselerden isti isti xeber tutacaqsiniz. En yeni xeberleri ilk olaraq xeber.im-den oxuya bilersiniz.

Tek Azerbaycan xeberleri ile deyil dünya xeberleri

ilede qarsinizdayiq elbetdeki. Bir xeber sayti olaraqdan meqsedimiz ve vezifemiz sizi en son xeberlerle melumatlandurmaq ve mariflendirmekdir. sou biznes xeberleri, siyaset xeberleri, maraqli-xeberler, dunya-xeberleri, idman-xeberleri, cemiyyet-xeberleri, kriminal-xeberleri, iqtisadiyyat xeberleri, avto moto xeberleri, ikt-xeberleri informasiya texnologiya xeberleri az, medeniyyet xeberleri, turizm-xeberleri, muharibe, kriminal-xeberleri