Qoşqar Təhməzli quş ətinin idxalına qoyulan qadağadan danışdı Canlı yayım xeber.im

Qoşqar Təhməzli quş ətinin idxalına qoyulan qadağadan danışdı Canlı yayım

Qoşqar Təhməzli quş ətinin idxalına qoyulan qadağadan danışdı  Canlı yayım
13 Fevral, 2020
20 1 1913

"Cari ilin ötən dövrü ərzində 12 ölkədə yüksək patogen quş qripinin (YPQQ) aşkarlanması nəzərə alınaraq bu ölkələrin xəstəlik baş verən ərazilərindən quş və quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub".

"Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli mətbuat konfransında deyib.

Bildirib ki, AQTA yüksək patogen quş qripi və koronavirusa qarşı mübarizə tədbirlərini gücləndirib:

"Koronavirusla bağlı bütün ölkə qurumları profilaktik tədbirlər həyata keçirir. Gücləndirilmiş iş rejimində ölkəyə daxil olan bütün ət və ət məhsulları qırmızı zonaya salınaraq yoxlanılır. Quş və quşçuluq məhsulları yüksək riskli məhsullar qrupuna aid edildiyindən ölkəyə idxal edilən məhsulun hər bir partiyası laboratoriya müayinəsinə cəlb olunur. Ukraynanın xəstəlik qeydə alındığı Vinnitsa vilayətindən başqa digər vilayətlərdən də daxil olan məhsullar müayinə edilərkən quş qripi xəstəliyinin törədicisinin “H9” serotipi aşkarlandığı üçün ölkənin bütün ərazisinə müvəqqəti məhdudiyyət tətbiq olunub. Hazırda coğrafi baxımından xəstəlik dünyada çox geniş əraziyə yayılıb. Bununla yanaşı, yüksək patogen quş qripi və Nyukasl xəstəliklərinin qeydə alındığı bölgələrdən respublikamıza diri quş və quş məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub".

Q.Təhməzli onu da diqqətə çatdırıb ki, yanvarın 13-dən 17-dək ölkə ərazisində keçirilən epizootoloji monitorinqlər zamanı götürülən nümunələrin müayinəsi nəticəsində quş qripi xəstəliyinin törədicisi aşkar edilməyib. Xəstəlik əlamətləri müşahidə edilən və ya tələf olan quş cəsədinə də rast gəlinməyib.

video yüklənir...








Qeyd: qafqazinfo.az -dan da istifadə olunub.



sonxeberler en son xeberler 2019 xeberler 2019 xeber 2020 xeberler 2020, son xeber 2020, yeni xeber , xeber oxu

den xeberdar olmaq isdeyirsinizse xeber.im saytina daxil olub, en yeni xeberler haqqinda melumat toplaya bilersiniz. Xeber.im size her gün yeni xeberler , en son xeberler,

Azerbaycan xeberleri, dünya xeberleri

teqdim edir. gundelik olaraq her an bas vermis hadiselerden isti isti xeber tutacaqsiniz. En yeni xeberleri ilk olaraq xeber.im-den oxuya bilersiniz.

Tek Azerbaycan xeberleri ile deyil dünya xeberleri

ilede qarsinizdayiq elbetdeki. Bir xeber sayti olaraqdan meqsedimiz ve vezifemiz sizi en son xeberlerle melumatlandurmaq ve mariflendirmekdir. sou biznes xeberleri, siyaset xeberleri, maraqli-xeberler, dunya-xeberleri, idman-xeberleri, cemiyyet-xeberleri, kriminal-xeberleri, iqtisadiyyat xeberleri, avto moto xeberleri, ikt-xeberleri informasiya texnologiya xeberleri az, medeniyyet xeberleri, turizm-xeberleri, muharibe, kriminal-xeberleri