Seçkinin nəticələri bu hallarda ləğv edilə bilər xeber.im

Seçkinin nəticələri bu hallarda ləğv edilə bilər

Seçkinin nəticələri bu hallarda ləğv edilə bilər
13 Fevral, 2020
66 1 3981

Hazırda ölkə gündəmində müzakirə edilən əsas məsələ parlament seçkilərinin nəticələridir. “Qafqazinfo”  xəbər verir ki, seçkidə iştirak edən namizədlərin bəzilərinin şikayətləri artıq Mərkəzi Seçki Komissiyasına daxil olmağa başlayıb.  Seçki günü sosial şəbəkədə yayılan qanun pozuntuları ilə bağlı araşdırmalar aparılır. 

Bu məqamda ictimaiyyəti maraqlandıran əsas məsələlərdən biri  hansı məntəqələr və ya dairələr üzrə qərarların ləğv ediləcəyidir.  

Qafqazinfo” Seçki Məcəlləsində hansı hallarda parlament seçkilərinin nəticələrinin etibarsız hesab edilməsini oxucuların diqqətinə çatdırır. 

Bununla bağlı Məcəllədə qeyd olunub ki, Dairə Seçki Komissiyası, qeydə alınmış namizədlərin lehinə verilən səslərin sayı bərabər olduqda, birmandatlı seçki dairəsi üzrə seçkiləri baş tutmamış hesab edir. Bundan əlavə, dairə seçki komissiyası və ya Mərkəzi Seçki Komissiyası birmandatlı seçki dairəsi üzrə səsvermə keçirilməsi və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı seçki dairəsi üzrə yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədikdə nəticələri etibarsız sayır. 

Həmçinin birmandatlı seçki dairəsi üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə və ya ləğv edildikdə, o şərtlə ki, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etdikdə etibarsız sayır.  Bundan əlavə, məhkəmənin qərarı əsasında da seçkinin nəticələri etibarsız sayıla bilər. 

Birmandatlı seçki dairəsi üzrə seçkilər səsvermə bülletenlərinin düzgün sayılmaması nəticəsində etibarsız sayıldıqda, Mərkəzi Seçki Komissiyası səslərin yenidən sayılması haqqında qərar qəbul edir. Bu zaman səslərin yenidən sayılması Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada müvafiq dairə seçki komissiyası tərəfindən təmin edilir.







Qeyd: qafqazinfo.az -dan da istifadə olunub.



sonxeberler en son xeberler 2019 xeberler 2019 xeber 2020 xeberler 2020, son xeber 2020, yeni xeber , xeber oxu

den xeberdar olmaq isdeyirsinizse xeber.im saytina daxil olub, en yeni xeberler haqqinda melumat toplaya bilersiniz. Xeber.im size her gün yeni xeberler , en son xeberler,

Azerbaycan xeberleri, dünya xeberleri

teqdim edir. gundelik olaraq her an bas vermis hadiselerden isti isti xeber tutacaqsiniz. En yeni xeberleri ilk olaraq xeber.im-den oxuya bilersiniz.

Tek Azerbaycan xeberleri ile deyil dünya xeberleri

ilede qarsinizdayiq elbetdeki. Bir xeber sayti olaraqdan meqsedimiz ve vezifemiz sizi en son xeberlerle melumatlandurmaq ve mariflendirmekdir. sou biznes xeberleri, siyaset xeberleri, maraqli-xeberler, dunya-xeberleri, idman-xeberleri, cemiyyet-xeberleri, kriminal-xeberleri, iqtisadiyyat xeberleri, avto moto xeberleri, ikt-xeberleri informasiya texnologiya xeberleri az, medeniyyet xeberleri, turizm-xeberleri, muharibe, kriminal-xeberleri