Bank Respublika nın Open APİ layihəsi beynəlxalq forumda təqdim olunub xeber.im

“Bank Respublika”nın Open APİ layihəsi beynəlxalq forumda təqdim olunub

“Bank Respublika”nın Open APİ layihəsi beynəlxalq forumda təqdim olunub
13 Fevral, 2020
55 0 2243

Dünən  Bakıda “Visa” beynəlxalq kart təşkilatının, Azərbaycan Banklar Assosiasiyasının (ABA) və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi ilə “Driving the Future” mövzusunda “Visa Cashless Forum” keçirilib.

xeber.im xəbər verir ki , Qafqazda ilk dəfə olaraq keçirilən forumda müasir ödəniş sistemini yaradan amillər, innovasiyalı ödəniş variantları, bank sektorunun gələcəyi, rəqəmsal bankçılığın müxtəlif inkişaf yolları, nağsdsız ödənişlərin təşviqi və s. mövzular müzakirə edilib.

Forumda iştirakçılar tərəfindən ən çox maraqla qarşılanan mövzulardan biri isə, ölkəmizdə ilk dəfə olaraq Bank Respublika tərəfindən təqdim edilən “Open Banking” layihəsi olub. Bu layihə çərçivəsində bankda hal-hazırda mövcud olan 12 ədəd Open API vasitəsilə developerlər, bank müştəriləri üçün yaratdıqları müştəri yönümlü və onların ehtiyaclarını qarşılayan proqram və xidmətlərini müştərilərin bank məlumatları ilə təmin edə bilər. Nəticə etibarilə müştərilər sadəcə bir bank əlavəsindən deyil müxtəlif funksiyalı əlavələrdən yararlanaraq öz bank təcrübələrini keyfiyyətcə daha yüksək səviyyəyə qaldıra biləcəklər.

Open Banking yanaşmasının Azərbaycan bazarı üçün yeni olduğundan, Bank ötən ilin sonunda “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi ilə birgə olaraq OpenBanking Lab pilot layihəsinə start vermişdir. 16 həftə davam edən layihə çərçivəsində fintex-startapçılar fərdi və ya komanda şəklində öz ideyalarını təqdim etdillər. Fərqlənən iştirakçılara ölkədə ilk dəfə olaraq “Bank Respublika” ASC-nin maliyyə xidmətlərinə qoşulmaq üçün test (SandBox) rejimində olan Open API interfeysi təqdim edilmişdir.  

Forumda həmçinin Akhundoff Networks şirkəti ilə əməkdaşlıq nəticəsində Portamanat.az saytında pilot formatda hazırlanmıs Open API-ların praktik tətbiqi nümayiş etdirilmişdir.   

Forumun Rəqəmsal dövrdə bank biznes modeli panelində çıxış edən “Bank Respublika”nın İdarə Heyətinin sədr müavini Elnur Həsənov bildirib: “ İlk öncə mən Visa şirkətinə və müzakirə iştirakçılarına bu mövzuya xüsusi diqqətə qörə təşəkkür edirəm. Bank Respublika Open Bankinq yanaşmasının əsasında olan Bank-as-a-Service modelinin tətbiqini bank sektorunda qabaqcıl təcrübə olacağına inanır. Bu səbəbdən biz ölkədə ilk olaraq ideyalar, həllər və qarşılıqlı əlaqələrə əsaslanan Open Banking yanaşmasını tətbiq edirik. Əminəm ki, bu layihə fintex-şirkətləri ilə əməkdaşlıq imkanlarımızı genişlədirərək ölkədə bank sektorunun rəqəmsal transformasiyasına təkan verəcəkdir.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.







Qeyd: qafqazinfo.az -dan da istifadə olunub.



sonxeberler en son xeberler 2019 xeberler 2019 xeber 2020 xeberler 2020, son xeber 2020, yeni xeber , xeber oxu

den xeberdar olmaq isdeyirsinizse xeber.im saytina daxil olub, en yeni xeberler haqqinda melumat toplaya bilersiniz. Xeber.im size her gün yeni xeberler , en son xeberler,

Azerbaycan xeberleri, dünya xeberleri

teqdim edir. gundelik olaraq her an bas vermis hadiselerden isti isti xeber tutacaqsiniz. En yeni xeberleri ilk olaraq xeber.im-den oxuya bilersiniz.

Tek Azerbaycan xeberleri ile deyil dünya xeberleri

ilede qarsinizdayiq elbetdeki. Bir xeber sayti olaraqdan meqsedimiz ve vezifemiz sizi en son xeberlerle melumatlandurmaq ve mariflendirmekdir. sou biznes xeberleri, siyaset xeberleri, maraqli-xeberler, dunya-xeberleri, idman-xeberleri, cemiyyet-xeberleri, kriminal-xeberleri, iqtisadiyyat xeberleri, avto moto xeberleri, ikt-xeberleri informasiya texnologiya xeberleri az, medeniyyet xeberleri, turizm-xeberleri, muharibe, kriminal-xeberleri