Maaşını istəyəndə problemli aktyor titulunu alnına yapışdırırlar xeber.im

“Maaşını istəyəndə “problemli aktyor” titulunu alnına yapışdırırlar”

“Maaşını istəyəndə “problemli aktyor” titulunu alnına yapışdırırlar”
14 Fevral, 2020
89 1 2501

Son 5 ildə qiymətlər beş dəfə qalxıb, amma film, serial sektorunda hələ də irəliləyiş yoxdur! Təklif gələndə çox yox, son 5 illə müqayisədə, bir az artıq maaş tələb edirsən və 5 il də işsiz qalırsan”.

xeber.im xəbər verir ki , bu sözləri tanınmış teatr və serial aktyoru Səmimi Fərhad sosial şəbəkədə yazıb. Sonuncu dəfə İctimai Televiziyada yayımlanan “Kür Nəğmə” serialında rol alan S. Fərhad aktyorların aldığı qonorarın azlığından şikayətlənib:

Təklif olunan maaşla razılaşıb işləsən belə, onu da vaxtında almırsan, tələb etdikdə isə “problemli aktyor” titulunu alnına yapışdırırlar. Şirkətlər, kanallar işimizi sevdiyimizdən, başqa bir məşğuliyyətimiz olmadığından istifadə edərək az məbləğə işlədiblər və sonda qadağa qoyublar. Üzləri ağ olmuş həmkarlarımızda da o birlik yoxdur ki, ömürlük əziyyət çəkməkdənsə, bir az əziyyət çəkib vəziyyəti düzəldələr. Meydanda tək qalırsan! Bizimlə işləmək istəyib də, işləməyən rejissorları da qınamıram. Ağa deyir sür dərəyə, sürür dərəyə”.

Bundan əlavə, o, 4 ildir ki, Xəzər TV-nin “qara siyahı”sında olduğunu söyləyib: “2016-cı ildən Xəzər TV-də qadağam var. “Cehizsiz gəlinlər” serialında 3 ay bir qara qəpik də maaş almadan işlədim. Baş rola təsdiqləndiyim “Nar bağı” adlı bədii filmin iş planını serialın müqaviləsinə əsasən, hətta bir aydan da əvvəl komandaya təqdim etdim. Serialdan ayrılanda isə 3 aylıq maaşımı aldım! Baxmayaraq ki, İslam adlı şəxs tərəfindən məhkəmə ilə bundan sonra səni heç kim çəkməyəcək kimi sözlərlə hədələnirdim.

Və eləcə də digər prodakşnlarla da eyni problemlər... Əlqərəz, bu köhnə məsələləri açmağımda məqsədim “köhnə hamam, köhnə tas” məsəlini yadınıza salmaqdır. Ataların başqa bir yaxşı məsəli də var: “Aclıq bir il gedər, töhmət min il”. Odur ki,  sözügedən şirkətlərə ehtiyacım yoxdur! Hər şeyin geci, tezi var”.







Qeyd: qafqazinfo.az -dan da istifadə olunub.



sonxeberler en son xeberler 2019 xeberler 2019 xeber 2020 xeberler 2020, son xeber 2020, yeni xeber , xeber oxu

den xeberdar olmaq isdeyirsinizse xeber.im saytina daxil olub, en yeni xeberler haqqinda melumat toplaya bilersiniz. Xeber.im size her gün yeni xeberler , en son xeberler,

Azerbaycan xeberleri, dünya xeberleri

teqdim edir. gundelik olaraq her an bas vermis hadiselerden isti isti xeber tutacaqsiniz. En yeni xeberleri ilk olaraq xeber.im-den oxuya bilersiniz.

Tek Azerbaycan xeberleri ile deyil dünya xeberleri

ilede qarsinizdayiq elbetdeki. Bir xeber sayti olaraqdan meqsedimiz ve vezifemiz sizi en son xeberlerle melumatlandurmaq ve mariflendirmekdir. sou biznes xeberleri, siyaset xeberleri, maraqli-xeberler, dunya-xeberleri, idman-xeberleri, cemiyyet-xeberleri, kriminal-xeberleri, iqtisadiyyat xeberleri, avto moto xeberleri, ikt-xeberleri informasiya texnologiya xeberleri az, medeniyyet xeberleri, turizm-xeberleri, muharibe, kriminal-xeberleri