Azərbaycan və Gürcüstan ərazisindən Türkmənistan neftinin daşınması tarifləri müəyyənləşdi xeber.im

Azərbaycan və Gürcüstan ərazisindən Türkmənistan neftinin daşınması tarifləri müəyyənləşdi

Azərbaycan və Gürcüstan ərazisindən Türkmənistan neftinin daşınması tarifləri müəyyənləşdi
14 Fevral, 2020
10 0 3279

Azərbaycan və Gürcüstan dəmir yolları vasitəsilə Türkmənistandan gələn neft və neft məhsullarının daşınması üzrə rəqabətli tarif dərəcələri müəyyən edilib.

"Qafqazinfo" xəbər verir ki, yeni tarifləri müəyyən edən protokol Tbilisi şəhərində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Gürcüstan Dəmir Yolu” SC-nin baş direktoru David Peradze, “Azərbaycan Xəzər Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktorunun müavini Vahid Əliyev, Dübəndi və Batumi neft terminallarının nümayəndələri tərəfindən imzalanıb.

Mövcud yük həcmlərinin saxlanılması və alternativ marşrutlardan əlavə yüklərin cəlb edilməsi məqsədilə qəbul edilən rəqabətli tariflər 2020-ci ilin aprelin 1-dən noyabrın 1-dək qüvvədə olacaq.

Yeni tariflər neft və neft məhsullarının həm bərələr, həm də neft terminalları vasitəsilə Türkmənistandan Azərbaycana gətirilməsinə, və Azərbaycan və Gürcüstan dəmir yolları ilə Batumi neft terminalına daşınmasına şamil ediləcək.

Qeyd edək ki, 2019-cu ildə Türkmənbaşı limanından tankerlərlə Dübəndi neft terminalına 271 min ton, bərələrlə Ələtə isə 90 min ton neft və neft məhsulları daşınıb.







Qeyd: qafqazinfo.az -dan da istifadə olunub.



sonxeberler en son xeberler 2019 xeberler 2019 xeber 2020 xeberler 2020, son xeber 2020, yeni xeber , xeber oxu

den xeberdar olmaq isdeyirsinizse xeber.im saytina daxil olub, en yeni xeberler haqqinda melumat toplaya bilersiniz. Xeber.im size her gün yeni xeberler , en son xeberler,

Azerbaycan xeberleri, dünya xeberleri

teqdim edir. gundelik olaraq her an bas vermis hadiselerden isti isti xeber tutacaqsiniz. En yeni xeberleri ilk olaraq xeber.im-den oxuya bilersiniz.

Tek Azerbaycan xeberleri ile deyil dünya xeberleri

ilede qarsinizdayiq elbetdeki. Bir xeber sayti olaraqdan meqsedimiz ve vezifemiz sizi en son xeberlerle melumatlandurmaq ve mariflendirmekdir. sou biznes xeberleri, siyaset xeberleri, maraqli-xeberler, dunya-xeberleri, idman-xeberleri, cemiyyet-xeberleri, kriminal-xeberleri, iqtisadiyyat xeberleri, avto moto xeberleri, ikt-xeberleri informasiya texnologiya xeberleri az, medeniyyet xeberleri, turizm-xeberleri, muharibe, kriminal-xeberleri