Nazir müşavirə keçirdi xeber.im

Nazir müşavirə keçirdi

Nazir müşavirə keçirdi
14 Fevral, 2020
67 1 1899

Fevralın 14-də Təhsil Texnologiyaları Mərkəzində Təhsil Nazirliyinin aparatının əməkdaşları və yerli təhsili idarəetmə orqanlarının rəhbərlərinin iştirakı ilə “Ümumi təhsil: mövcud vəziyyət və gələcək hədəflər” mövzusunda müşavirə keçirilib.

"Qafqazinfo" xəbər verir ki, tədbirdə Təhsil naziri Ceyhun Bayramov çıxış edərək təhsilin keyfiyyəti və buna təsir edən amillər, vətəndaş məmnuniyyəti və təhsildə yeniliklər, innovasiyaların tətbiqindən danışıb. Ötən il yerli təhsili idarəetmə orqanlar rəhbərlərinin, məktəb direktorlarının iştirakı ilə regional zona müşavirələrinin keçirildiyini, hər bir qurumun fəaliyyətinə dair illik hesabatların dinlənildiyini deyən Təhsil naziri bu məzmunda tədbirlərin cari ildə də davam etdiriləcəyini bildirib. Rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) qarşısında duran vəzifələrə toxunan Ceyhun Bayramov qeyd edib ki, yerli təhsili idarəetmə orqanları tabeliyində olan bütün məktəblərin vəziyyətinə dair monitorinqləri davamlı  etməli, əldə olunan nəticələrə əsasən adekvat tədbirlər görməlidirlər.

Nazirin sözlərinə görə, IX və XI sinif buraxılış imtahanlarının nəticələri ciddi təhlil edilməli və bundan nəticə çıxarılmalıdır. Nazir həmçinin məktəblərin dərsliklərlə təminatından, məktəb-valideyn münasibətlərinin düzgün qurulmasından, regionlarda istedadlı uşaqlarla bağlı  işin təşkilindən, məktəbdənkənar fəaliyyətin vacibliyindən danışıb.

Daha sonra çıxış edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva yerli təhsili idarəetmə orqanlarının rəhbərlərinə təklif və tövsiyələrini verib. Məhəbbət Vəliyeva təqdimatında tədris ilinin prioritet istiqamətlərindən, məktəb rəhbərlərinin üzərinə düşən funksiyalardan söz açıb, bölgələr üzrə müvafiq nəticələri diqqətə çatdırıb.

Müşavirədə “Təhsildə keyfiyyətin təminatı”, “Təhsilin maliyyələşdirilməsi və müasir təchizat sisteminin yaradılması”, “Tədris resursları ilə təminat və ehtiyat dərsliklər”, “İnsan resurslarının idarə edilməsi və elektron məlumat bazasının təkmiləşdirilməsi” mövzularında panel müzakirələr keçirilib.

Yekunda Təhsil Texnologiyaları Mərkəzi ilə tanışlıq olub. 







Qeyd: qafqazinfo.az -dan da istifadə olunub.



sonxeberler en son xeberler 2019 xeberler 2019 xeber 2020 xeberler 2020, son xeber 2020, yeni xeber , xeber oxu

den xeberdar olmaq isdeyirsinizse xeber.im saytina daxil olub, en yeni xeberler haqqinda melumat toplaya bilersiniz. Xeber.im size her gün yeni xeberler , en son xeberler,

Azerbaycan xeberleri, dünya xeberleri

teqdim edir. gundelik olaraq her an bas vermis hadiselerden isti isti xeber tutacaqsiniz. En yeni xeberleri ilk olaraq xeber.im-den oxuya bilersiniz.

Tek Azerbaycan xeberleri ile deyil dünya xeberleri

ilede qarsinizdayiq elbetdeki. Bir xeber sayti olaraqdan meqsedimiz ve vezifemiz sizi en son xeberlerle melumatlandurmaq ve mariflendirmekdir. sou biznes xeberleri, siyaset xeberleri, maraqli-xeberler, dunya-xeberleri, idman-xeberleri, cemiyyet-xeberleri, kriminal-xeberleri, iqtisadiyyat xeberleri, avto moto xeberleri, ikt-xeberleri informasiya texnologiya xeberleri az, medeniyyet xeberleri, turizm-xeberleri, muharibe, kriminal-xeberleri